Modern.az

Misir Mərdanov: «ABU-da yaranmış vəziyyət digər ali məktəblərə ibrət olmalıdır»

Misir Mərdanov: «ABU-da yaranmış vəziyyət digər ali məktəblərə ibrət olmalıdır»

9 Sentyabr 2009, 15:07

«Mən təhsil müəssisələrimizin «III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi»ndə iştirak səviyyəsindən razı deyiləm. Təəssüf ki, bütün dövlət təhsil müəssisələri sərgidə təmsil olunmur”. Modern.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov sentyabrın 9-da «III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi»nin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
M.Mərdanov Azərbaycan Beynəlxalq Universitetinə (ABU) tələbə qəbulunun aparılmaması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu il Azərbaycan hökumətinin qərarı ilə ABU-da I kursa tələbə qəbulu aparılmayıb: «Amma bu, hələ həmin ali məktəbin bağlanması demək deyil. Əgər universitetin rəhbərliyi hökumətin qərarından nəticə çıxarıb işində dönüş yaradacaqsa, qərar dəyişəcək. Nəticə çıxarmayacaqsa, həmin qərar dəyişməyəcək. Mən dəfələrlə onların rəhbərliyini dəvət edib, söhbət aparmışam. Universitetdə II-IV kurslarda oxuyan tələbələr öz təhsillərini davam etdirəcəklər. Əgər onlar dövlət imtahanlarını verib qiymət ala bilsələr, dövlət nümunəli diplom alacaqlar. Fikrimcə, Beynəlxalq Universitetdə yaranmış bu vəziyyət digər dövlət və özəl ali məktəblərə ibrət olamalıdır».

 

Aqil LƏTİFOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?