19 Avqust 2017, 09:39 | Ana Səhifə - Yazılar - Xəyanət
Xəyanət

Hidayət Elvüsal

 

(Atasını öldürdü ki, goruna and içsin - el misalı)

 

Yəni kollaborasionistlər. Bu ifadə İkinci Dünya Müharibəsi zamanı Fransada meydana gəlib. Faşistlərlə əməkdaşlıq edən ölkə vətəndaşlarına belə ad verilib.

 

Əslində kollaborasionizm özünü düşmənlə eyni ağızdan danışmaqda, eyni mövqe nümayiq etdirməkdə də göstərir. Bunu ən adi gözlə görünən, hamımızın rast gəldiyimiz misallarda aydın görmək olur.

 

Son vaxtlar xalq şairi Səməd Vurğuna qarşı hücumlar bir hadisəni xatırladır. Azərbaycana qarşı torpaq iddiası yenicə başlayanda, münaqişə yeni-yeni genişlənəndə, ermənilər Səməd Vurğunun oradakı heykəlini uçurdular. Və bu gün özümüzünkülərin xalq şairinə qarşı əsassız, insafsız, birtərəfli hücumları, dolayısı yolla mənfur düşmənlə biləvasitə əməkdaşlıq təsiri bağışlayır. Yəni bilərəkdən və bilməyərəkdən kollaborasionizm kalafasına yıxılanlar bunu bəlkə də dərk etmirlər.

 

Aşıq Ələsgər də eyni aqibətlə “qarşılaşdı”. Göyçədə abidəsi dağıdıldı, buralarda ünvanına ləyaqətsiz, savadsız, diletant xarakterli iddialar irəli sürüldü. Yəni ermənilərin hərəkətlərinə dolayısı yolla haqq qazandırdılar.

 

Niyə?!

Ucuz, düşük, axmaq… reklam üçün ki, bu yolla gündəmə gəlsinlər.

 

Belələrinin şou-biznesdəki boşanmışlar ordusundan elə də fərqi yoxdur. Orada saçyoldu, ərini, hətta bacısını “baqaja” qoyub təpikləşənlər, kəllə atanlar daha çox diqqət mərkəzində olur. Burada isə məşhur, ad-san sahibləri, sənət, elm adamları… hədəf seçilir. Və bu yolla bircə anda müzakirə obyektinə çevrilir, gündəmə gəlirlər. Neynəsinlər? Gərək böyük şəxsiyyətlərin münasib yerindən yapışsınlar ki, bunları hərləyib… gündəmə soxan olsun.

Üzeyir bəy, Mirzə Cəlil, Sabir… daha sonra Anar, Ramiz Rövşən… Bax, belə insanların ünvanına olmazın ifadələrini işlətməsələr adları heç… o dəftərdə də olmaz.

 

Kimdi bunlar? Zavallılar! Hansı soydan gəliblər? Səməd Vurğunun bir-iki şeiri, mənzum dramı bəs edər ki, ədəbiyyat tarixində qalsın. Bu millətə, sənətə iki böyük övlad - Yusif Səmədoğlu və Vaqif Səmədoğlu kimi istedadlar bəxş edən bir ataya çamur atanda, dönüb özlərinə və öz arxivlərinə də baxsınlar. Bu millətin ürəyindən Səməd Vurğun sevgisini çıxarmaq mümkündürmü?

 

Bir qəribəlik də var. Bu qarayaxanların əksəriyyəti az-çox istedad sahibləridir. Amma səbr edə bilmirlər. Daha tez tanınmaq üçün əslində illər boyu sevdikləri insanlara qarşı nankorluq edirlər və tələsiklik onları kollaborasionist şəklinə salır.

Lap bu yaxınlarda, necə deyərlər, ultra kollaborasionistlərdən biri, Milli Qəhrəman Mübariz İbrahimova dil uzatmışdı. Yazıbmış ki, Mübariz qəhrəman deyil, əsl qəhrəman öldürən yox, yaşadandır?

 

Oğul bala, bu sözləri ERMƏNİ ƏSGƏRİNƏ də demisənmi? Bu millətin torpağını işğal edən, körpəsini, qocasını, qadınını qan gölündə boğan, qız-gəlinə təcavüz edən ERMƏNİ ƏSGƏRİNƏ…

 

Deməmisən! Silahsız, müdafiəsiz, MÜLKÜ ƏHALİYƏ qarşı qəddarlıq edən işğalçı ERMƏNİ ƏSGƏRİNƏ deməmisən. Əksinə, onunla biləvasitə əməkdaşlıq edirsən. Çünki kollaborasionistsən! Satqınsan!

 

Erməni işğalçılardan fərqli olaraq Mübariz onların mülkü əhalisinə, körpəsinə, qadınına qarşı yox, işğalçı ERMƏNİ ƏSGƏRİNƏ (!!!) qarşı döyüşdü, QƏHRƏMAN oldu.

 

ASALA erməni terror təşkilatıdır. Bu təşkilatın ən qəddar üzvlərindən biri olan Monte Melkumyan Qarabağda çox qanlar axıtdı. Əsir düşmüş mülkü insanlara əzab verdi, başlarını kəsdi, gözlərini çıxardı. İbad Hüseynov kimi bir qəhrəman övladımız onu məhv etdi.

Etməyəydi? Sənin az qala təriflədiyin o erməni qaniçənlərini yaşatmaq lazım idi? Kimə lazım idi? Sənin kimilərinə?!

 

Belələrinə bir məsələni də xatırlatmaq yerinə düşər. Hakim bizim Ramil Səfərovdan soruşur:

 

- Siz onu (yəni erməni zabiti Qurgen Markanyanı - red.) öldürməyə də bilərdiniz.

 

Cavab:

 

- Cənab hakim! Bayraq hər bir millətin qüruru, şərəfidir! O mənim bayrağımı təhqir etdi…

 

Əlavə sözə, ifadəyə, izaha ehtiyac yoxdur!

Əslində söyləmək istədiklərimizi çox qısa şəkildə nəzərinizə çatdırdıq. Belələri yenə olacaq. Bilərəkdən, ya da elə bilməyərəkdən gündəmə gəlmək üçün, dolayısı yolla düşmənlə əməkdaşlıq edən kollaborasionistlərlə yenə qarşılaşacağıq. Erməni quldurlara hər cür dəstək verən aktyor Armen Ciyərxanyanın boynunu qucaqlayıb şəkil çəkdirən nazir qızı unudulmayıb. Və…

 

…biz də unutmayaq ki, bunlar gündəmə gəlmək üçün müvəqqəti şöhrət, tanınma… yollarıdır. O yollar ki, halal, əsl şöhrət, nüfuz mənzilinə gedib çata bilmir…

Və halal yolla dünya şöhrəti qazanmış Lütfüzadə son günlər bunların hədəfinə çevrilib. Aralarında paxıllar da var, kollaborasionistlər də.

 

Ermənilər belələrinin sözlərindən, hərəkətlərindən gen-bol istifadə edirlər. Axı, əməkdaşlıq edirlər, dolayısı yolla həmkardırlar…

 

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Oğuzda köməksiz qalan şəxs xilas edildi 2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27 Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi 2 Avqust 2021, 17:22 “Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO) 2 Avqust 2021, 17:16 DİN-dən polisi döyən deputatla bağlı yeni AÇIQLAMA 2 Avqust 2021, 17:12  “Azərbaycanın konstitusion quruluşu möhkəmdir”   2 Avqust 2021, 17:06