21 Sentyabr 2017, 16:32 | Ana Səhifə - Yazılar - Dadandısa, quduracaq
Dadandısa, quduracaq

Hidayət Elvüsal


İraqda bir Bərzani var, Mustafanın oğlu. Oxşayıb oxşamışlarına. «Böyük Kürdüstan» sevdasına düşüb. Kərkükü də daxil etməklə referendum keçirmək niyyətindədir.  Bu Bərzani, bu posuqırıq…

Nə deməkdir? “Posuqırıq” - tərtəmiz türk sözüdür. Biz tərəflərdə, yəni Kəlbəcərdə “posiqırıq” kimi çox geniş işlənir. Bəstəboy, gödək adamlara belə deyirlər.

“Posuqırıq” - yəni boyu-posu qırıq, kəm, gödək - bir sözlə Məsud Bərzani. İsrailin, ABŞ və Qərbin təhriki ilə Kürdüstan yaratmaq istəyən posuqırıq.

Bu yerdə vacib bir cəhəti mütləq qeyd etməliyik. Heç vaxt dövləti olmayan, sonradan bu arzularına çatan, yaxud çatmaq istəyənlər belə şeylərin böyüyünü istəyirlər. Axı, iştah diş altındadır. Ermənilər Azərbaycan torpaqlarında məlum dairələrin qurduqları Ermənistanı necə arzulayırlar? “Böyük Ermənistan”… Yəhudilər ötən əsrin ortalarında qurulmuş dövləti “Böyük İsrail” kimi görmək istəyirlər.

İndi bu posuqırıq. “Böyük Kürdüstan” eşqinə düşüb. Hətta geydirmə qurumun telekanalında Türkiyənin bir neçə əyalətini - Hakkarini, Diyarbəkiri, Ərzurumu, filanı öz “tərkibində” görür və nümayiş etdirir. Özü də hava haqqında məlumatında - ermənilərin belə məqamda Qarabağın işğal olunmuş hissəsini yalamaları kimi.

Amma yoox! Posuqırıq bununla doymur. Gödək boyu, yüksək ərazi arzusundadır. Ən əvvəl Kərkükü hədəf alıb. Tarixi - qədimdən türk torpağı sayılan Kərkükü, Azərbaycan və Anadolu elatlarının doğma yurd-yuvası.

İndi isə… Naxçıvanı?!

Daha sonra Kəlbəcəri…

Görürsünüzmü, doğulduğumuz torpaqların nə qədər marıtlayan tülküləri var? SSRİ zamanında bir geydirmə “Qızıl Kürdüstan” uydurub, o yerləri şübhə altına aldırdılar - Azərbaycanı parçalamaq, bölmək, Türkiyəyə yaxın ərazi olduğundan, sənədlərdəki “türk” sözündən qorxaraq.

Millət ən əvvəl dili ilə fərqlənir - kəlbəcərlilər ən təmiz türkcənin diyarıdır. Məhz orada və Anadoluda işlənən “ötə yandan”, “sırtov” (pencək), quşqu (şübhə), “hellan”, “o nə biçim (!) danışıqdı?”, “ceviz”, “nərvan” (bu sözü yəqin ki, çoxları bilmir. Kəlbəcərdə və Anadoluda geniş işlənir), “sülükət” (münasibət), “sucuq”, “fınış” (funuş), “”qarğaşa, “bədənçə”, “çəmkirmək” (kiminsə üstünə qışqırmaq), “şırlan” (şəlalə) və sairə və ilaxır.

Türkcənin bal dadı, gözəlliyi, milli adət-ənənələr, toy-bayramlar, məclislər, ayinlər, mətbəx, məhsul, bir sözlə tam bir türk torpağı, türk əhalisi. Və 3 kənddə məskunlaşmış kürdlər. Təxminən 152 irili-xırdalı yaşayış məntəqəsinin 3-də. Və bu kəndlərin ötən əsrin əvvəllərində salındığı da hər kəsə məlumdur. Onlarla həmişə xoş rəftar edilib, zərrəcə fərq qoyulmayıb. Qardaşcasına qarşılaşıb, dost-qohum olmaqla qaynayıb-qarışmışlar.

Və yenə deyirik - o posuqırıq Kəlbəcəri də geydirmə xəritələrinin birinə daxil edib, başından və haylardan böyük qələt eləyir.

Amma… bir cəhəti də qeyd etməmək mümkün deyil. Suriya ərazisindəki Kobani uğrunda döyüşlərdə, məhz bu posuqırığın əsgərlərinə - “peşmərgələr”ə Türkiyənin göbəyindən keçib-getməyə icazə verən, yaşıl işıq yandıran o zamanın baş naziri Rəcəb Teyyub Ərdoğan oldu.

Daha sonra o Şivəndi-nədi, kürd oxuyanı da çağırdı, bu posuqırığı da getdi kürdlərin kompakt yaşadıqları Diyarbəkirə-zada.

İş bununla bitmədi. Posuqırıq AKP-nin, iqtidarda olan partiyanın konqresində çıxış etmək şərəfinə layiq görüldü. O tribunaya çıxanda yerdən səslər yüksəldi: “Türkiyə səninlə qürur duyuyor!”, “Türkiyə səninlə qürur duyuyor!”

Bax sən! Türkiyə bu türk düşməni, PKK təəssübkeşi, yandaşı ilə qürur duyurmuş… Yalan! Tamamilə yalan!

Yenə son deyil. Ən yaxın zamanların birində posuqırıq Türkiyəyə gəldi. Prezident Ərdoğanın dəvəti ilə. Qəribədir! Atatürk (!) hava limanı və Çankaya köşkünün qarşısında… posuqırığın bezi - yəni bayrağı dalğalandı.

Bax, bu hadisədən sonra, tanınmayan bir bölgənin bayrağını dövlət rəmzi kimi qəbul edənlərin hələ də başa düşülməyən hərəkətindən sonra həmin bayraq… Kərkükdə dalğalandı. Bəli! Əgər Türkiyənin qəlbində, paytaxtında dalğalana bilirsə, Kərkükdə də göylərə çəkilməsi təsadüf sayıla bilməz. Və məntiqlə bu razılaşdırılmış bir addım təsiri bağışlayır.

Ya belədir, ya da Ərdoğan bu məsələdə də öz ampluasındadır - olmayan bir problemi yaradır, daha sonra öz yaratdığı ilə mübarizəyə başlayır. Əsa(ə)d Bəşərlə, Fətullah Gülənlə, Abdullah Ocalanla, indi də posuqırıqla…

Vallah, adamın ağlına çox şey gəlir. Çoxunu da vaxtı ilə yazmışıq və bir müddət sonra yanılmadığımız məlum olub. Bütün qonşularla, bütün Avropa ilə Türkiyəni düşmən vəziyyətinə gətirmək çabasını da bu deyilənlərə əlavə etsək…

Deməli, bütün bunlar qəsdən, planlı şəkildə meydana çıxır.

İllah da o posuqırığın qudurmasını… Əl çəkmək istəmədiyi referenduma cəmi bir neçə gün qalıb. Görək! Yenəmi türk milləti üçün gözlənilməyən tələ qurulub? Kimin əli və iştirakı ilə?

Bunu demək istəyirdim bayaqdan!!! Dedim də!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan nefti ucuzlaşıb 14 May 2021, 11:44 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib 14 May 2021, 11:35 İsmayıllıda ana övladı ilə birlikdə itkin düşüb 14 May 2021, 11:22 Putinlə Paşinyan Azərbaycanla sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİ                                14 May 2021, 11:17 Valideynlər övladları üçün doğru məktəbi necə seçməlidir?                  14 May 2021, 11:06 Yaponiyada zəlzələ olub 14 May 2021, 10:44 Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42