30 Noyabr 2017, 13:17 | Ana Səhifə - Yazılar - Sponsorun baldızı
Sponsorun baldızı

Hidayət Elvüsal

(Yox, bu siz düşündüyünüz xanım deyil) 


Maşallah, telekanallar çox, bir babat adamı, sponsoru-zadı olan da maya qoyub o TV-lərin birində müəllif proqramı ala bilər. Elə mən də gördüm ki, falabaxanın, cinçıxardanın, dərzinin, sürücünün, zootexnikin, qabyuyanın, göysatanın… özəl proqramı var, girişdim bu işə.

Rəhbərliklə danışdım, düşdüm sponsor sorağına. Bir qohumun əli ilə tapdım. Pula pul demirdi. Amma bir şərti vardı ki, gərək proqramı şərikli, yəni onun baldızı ilə aparam. Əlbəttə, razılaşdım və baldızla görüşdük. Dədə, vayyy!

Nə boydaydı, ə, bu? Buna studiya yox e, ən azı basketbol meydançası lazım idi. Sponsor onu da həll elədi. Çəkilişlər orada olmalı, sonra montaj, sonra nümayiş, sonra… Sonra…

O boyda gövdədən bax bu boyda, bircə damcı səs çıxırdı. Danışanda deyirdin bəs yumurtadan yenicə çıxmış hinduşqa balası civildəyir. Proqramın adını da o qoydu  - “Balım, duzum”. Yəni baldız adına yaraşsın deyə. Belə razılaşdı ki, baldız şirin-şirin danışacaq, mən də duzlu lətifə-zad söyləyib, tamaşaçıların kefini olacam.

Çəkiliş başlandı. Baldız civildədi:

- Xoş gördük əziz tamaşaçılar. İndi mən sizin üçün bir şpaqat açacam.

Allah, sən saxla! Bunu dedi, mikrofonu qoyub meydançanın ortasına gəldi və “haaa!” deyib qılçalarını 180 dərəcə araladı, yəni doğrudan da şpaqat açdı. Açmağına açdı da, amma qalxa bilmədi. Elə bil 3-4 tonluq ət döşəməyə yapışmışdı. Rejissor göz elədi, iki güvənlik gəldi ki, baldızı qaldırsın, gücləri çatmadı. Biz də qoşulduq, operator da. Birtəhər onu qaldırıb divana otuzdurduq və divanın ayaqları da onun altında şpaqat açdı.

Ara verdik. Həm də reklam götür-qoy edildi. Sponsorun mağazaları, tikdiyi binalar-zadlar təriflənməliydi.

Nəhayət, baldız özünə gəldi və gələn kimi də mikrofonu götürdü ki, oxuyacam. Rejissor:

- Nə oxuyacaqsınız, xanım?

- İndeyski.

- Diskiniz var?

- Canlı oxuyacam.

- Bəs musiqi?

- Musiqisiz!

Oxudu. Dəhşət! Hansı dildə civildədiyini özü də bilmirdi, amma hind qızları kimi boynunu sağa-sola fırladanda buxağının əti şappıltıyla sağa-sola dəyib, ətürpədən səs çıxarırdı. Rejissor da qaş-gözlə mənə işarə verirdi ki, narahat olma. Montajda kəsib, atacaq. Amma sponsora nə cavab verəcəyini düşünmürdü bədbəxt oğlu.

Baldız oxudu qurtardı. Elə ağzımı açmaq istəyirdim ki, civildədi:

- Bir dəqiqə! İki-üç dənə də şeirimi oxuyacam.

Ağzına gələni, qafiyəli, qafiyəsiz, mənasız, əttökən… Yenə fasilə…

Nəfəsini dərdi. Ayağa qalxan kimi yenə civildədi:

- Oynayacam!

- Nə?

- …

- !!!

…Neçə saat idi ki, baldız bizə zülüm verirdi. Daha gözə bilmədim. Mikrofonu qoyub yavaşca aradan çıxdım. Yenə öz işimdəyəm. Taksi sürürəm. Və bir dəfə evə gələndə…

Gördüm baldız veriliş aparır. Oxuyur, oynayır, şpaqat açır, ağzına gələni danışır, xəbəri olmayan musiqidən, şeirdən, tarixdən, daha nələrdən danışır.

Bilirsiniz hansı telekanallarda?

Bilmirsiniz?!

 

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05 Daha bir deputat mandatından imtina edir - Paşinyana görə 4 Dekabr 2020, 08:59 Trampı inaqurasiyamda gözləyirəm - Bayden 4 Dekabr 2020, 08:53 İnsanlar koronavirusa ən çox burda yoluxur - ALİMLƏR 4 Dekabr 2020, 08:45 Ad günündə torpağa tapşırılan Şəhid... - VİDEO 4 Dekabr 2020, 08:14 Lavrov BMT-nin baş katibi ilə Qarabağı müzakirə etdi 4 Dekabr 2020, 08:00 Qarabağ qazisinin bu VİDEOSU ən çox paylaşılan oldu 4 Dekabr 2020, 01:00 İngiltərədə güclü partlayış 4 Dekabr 2020, 00:48 Bu komandalar Avroliqada pley-offa yüksəldilər 4 Dekabr 2020, 00:33 “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq” - Nazir 4 Dekabr 2020, 00:18 Bu gün şəhidlərimizin xatirəsi anılacaq 4 Dekabr 2020, 00:05 “Qarabağ” “Makkabi” ilə heç-heçə etdi - YENİLƏNİB 3 Dekabr 2020, 23:53 Qənirə Paşayeva şəhid Osman Manafovdan yazdı 3 Dekabr 2020, 23:49 Bu ölkələr futbol turnirlərinə ev sahibliyi edəcək - UEFA-dan qərar 3 Dekabr 2020, 23:35 Azərbaycan OPEK-in qərarını dəstəklədi 3 Dekabr 2020, 23:23
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?