20 Dekabr 2017, 14:44 | Ana Səhifə - Yazılar - Pikassonun eşşəyi
Pikassonun eşşəyi

Hidayət Elvüsal

Düzünü deyim ki, o böyük rəssamın bu tablosunu heç görməmişdim. Qismət oldu. Pikasso öz oğlunu mindirib eşşəyin belinə, fırçanı alıb əlinə. Hərçənd ki, biz olsaq əlimizə ağac alıb, eşşəyin başını-gözünü sındırardıq, Pikasso fırça götürüb.

Məni qınamayın, əsər o qədər də qeyri-adi deyil. Sadəcə eşşəyi minənin Pikassonun oğlu olması maraqlıdır. Eşşək elə eşşəkdir - bizimkilər kimi.

Bizimkilər kimi?

Biz eşşəklərimizi daha çox qiymətləndiririk. Məmmədhəsən əminin güdaza getmiş eşşəyini rəhmətlik Mirzə Cəlil tərif edib. İndi isə eşşəyi hətta səhnəyə gətiriblər. Təsəvvür edin böyük bir konsert salonu boyaboy doludur. Səhnədə iki həpənd. Ssenaridə yazıldığı kimi, o qədər kişinin, qadının, gəlinin, uşağın qarşısında, SƏHNƏDƏ ər arvadına deyir:

- Aaz eşşək qızı eşşək, bir çay gətir!

Salonda çılğın gülüş səslərinə, uğunub gedənlərə, gözləri yaşarıncaya qədər gülənlərə baxırsan və… eşşəkdən çox adama yazığın gəlir. Həm yazığın gəlir, həm də fikirləşirsən:

- Eşşək kimdir?!

Yazan? Söyləyən? Gülən?

Pikasso oğlunu eşşəyə mindirib. Məmmədhəsən əminin eşşəyi hələ də qayıtmayıb. Amma səhnədə yad edilir.

Bir dəfə, daha doğrusu ilk dəfə mən yazmışam ki, bütün canlılar arasında ən kədərli göz eşşəyin gözləridir. Götürüb öz adlarına çıxanlar oldu. Neynəyim, bir eşşəyin gözündən ötrü, gözügöyçəklərin xətrinə dəyəsi deyiləm ki. Həm də o qədər eşşək vaar…

Pikassonun eşşəyindən fərqli olaraq bizim eşşəklər orda-burda at oynadırlar. Deyirsən:

- Bax, qanunla bu məsələ belədir.

Qulaqlarını şəkləyir:

- İaaa, ey adam balası, hərənin öz qanunu var. Sən heç bilirsən mən kimin eşşəyiyəm?

- Kimin eşşəyisən?

- …

Oy daad! Ə, onun nə yekə eşşəyi varmış?! O birisinə söz deyirsən, anqırır:

- Ə, bilirsən nə var? Mən deyirəm ki, belədir vəssalam! Hara gedirsən, get şikayət elə!

Hara gedəsən? Kimə deyəsən ki, eşşəyinə denən özünü eşşəkliyə qoymasın?

Pikassonun oğlu eşşəkdən balacadır. Amma bizimkilərin qoduqları özlərindən böyükdür. Bütün qoduqlar kimi, valideynlərindən qabaqda gedirlər. Atılıb-düşürlər, lotuluq eləyirlər.

Eşşəklərin şou-biznesdəki bəzi “atmaralları” ilə eşqbazlıqları Pikassonun heç ağlına da gəlməz. Hərçənd ki, bu eşq-məhəbbətdən olsa-olsa “doğub-törəməz” qatır dünyaya gəlir. Bahalı maşınlar, evlər, villalar kasıb-kusubun üstünə kişnəyir.

Və bu yerdə yadıma rəhmətlik Əziz Nesin düşdü. Bir yazısını qısa təkrar edim. Yük altında, qan-tər içində əzab-əziyyət çəkən fağır eşşək başını qaldıranda o milyonluq villalardan birinin balkonundakı həmcinsi, yəni eşşək gözünə dəyir. Balkondakı eşşəyin əlində soyuducudan çıxıb, istiyə düşdüyündən, tərləmiş badə var. Kinayə ilə yük altında əzab çəkən eşşəyə baxır. Bu zəhmətkeş eşşək də dilini dinc qoymur:

- Nə özünü dartırsan? Sən də eşşəksən, mən də. Bu dünyada sən də yaşayırsan, mən də.

Balkondakı eşşək badədən bir qurtum alıb anqırır:

- Düz deyirsən, bu dünyada sən də yaşayırsan, mən də. Amma sən elə yaşayırsan, mən belə…

Allah Əziz Nesinə rəhmət eləsin! Hərçənd demişdi ki, qəbrimin üstündə-filan da heç nə oxunmasın.

Hə, yadıma düşdü. O kişi var ha, o kişi. Eşidib ki, Türkiyədə eşşək südü çox bahalıdır. Bir sağlamlıq, əlac dərmanıdır. Biz tərəflərdə qızılca çıxaran uşağa içirərlər, eşitmişəm. Amma bir eşşək firması təsəvvür edin.

Və dediyim o qonşu kişi düşüb kənd-kənd, oba-oba eşşək alverinə. Özü də ən çox dişi eşşək axtarıb ki, damazlıq saxlasın. Bir-iki lotu-potu da orda-burda deyib ki, o kişi zoofildi, yoxsa niyə məhz dişi eşşək axtarır? Söz də yayılıb. Baldızı gəlib arvadının qulağına çatdırıb. Arvad da neçə vaxtdan bəri ayrı yatan kişinin çarpayısına baxıb, yana-yana deyib:

- Uy aaz, külü qoyum onun başına! Zoofiliymiş. Yox bir, aslan imiş, canavar imiş, xəbərim olmayıb. Öküzün biridi.

Pikassonun eşşəyinin üstünə oğlu var.

Həm də nə olsun ki, var? Eşşəkdi də. Oralarda bir otel var. Girəcəkdəki şüşələrdən biri sınıq-sınıqdır. Düzəltmirlər. Bilirsiz niyə? Pikasso orada nə isə çəkməliymiş. Hirslənir və otelin o şüşəsini sındırır. İndi onu Pikassonun əsəri kimi saxlayırlar. Hələ bir lövhə də yazıb, qoyublar ki, bu şüşəni Pikasso sındırıb. Yəni küy, hay-haray.

Eşşəkdi də. Bizim eşşəklər Pikassonun eşşəyindən əskikdir? Odeyyy, biri yenə anqırır:

- Nə Nizami, nə Füzuli, nə Üzeyir, nə Sabir, nə Mirzə Cəlil?! İaaa, iaaa… iaaa…

Heç gör Pikassonun eşşəyi anqırır?! Eşşəyin üstündəki oğlunun da səsi çıxmır.

Amma bu qoduqlar…  

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır - Çavuşoğlu 2 Dekabr 2021, 14:33 ATƏT PA sədri Ermənistan və Azərbaycana çağırış etdi 2 Dekabr 2021, 14:28 “SOCAR Petroleum”da yeni baş direktor TƏYİNATI 2 Dekabr 2021, 14:22 Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı 2 Dekabr 2021, 14:17 Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 “Bayraktar”lar havaya qaldırıldı - VİDEO 2 Dekabr 2021, 14:06 Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı AÇIQLANDI 2 Dekabr 2021, 14:00 Narkokuryerə hökm oxundu 2 Dekabr 2021, 13:55 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?