19 Oktyabr 2021, Çərşənbə axşamı
17 Aprel 2018, 14:29 | Ana Səhifə - Yazılar - Bir qədər Damladan, bir qədər Üzeyirdən
Bir qədər Damladan, bir qədər Üzeyirdən

Hidayət Elvüsal 
 

Danışmaq istəyirik. Bu gənc müğənnilərin haqqında müxtəlif fikirlər deyilir. Əslində daha çox tənqidlərə, bəzən isə təzyiqlərə məruz qalırlar.

Damlanın üstünə gələnlərə elə bu başdan vacib bir faktı xatırlatmaq yerinə düşər. Ekranlara, məclislərə diqqətlə baxıb, dinləsinlər. Son vaxtlar nəinki bəzi müğənni xanımlar, hətta kişi müğənnilər də Damlanın tərzində oxumağa çalışırlar. Gənc ifaçını qəbul etməyənlər bunu görərək, eşidərək, duyaraq, niyə susurlar? Əgər Damla onların iddia etdikləri kimi sevilmirsə, bəyənilmirsə, onun yolu ilə gedənlərdən niyə söz açmırlar?

Bütün sənət növləri belədir. Ədəbiyyat da, rəssamlıq da, aktyorluq da… Təzə səsi, təzə yolu, təzə üsulu asanlıqla qəbul etmirlər. Damla fərqli ifa tərzi ilə seçilir. Çox qısa müddətdə minlərlə insanın könlünü fəth etməyi bacarıb. Bacarıb və haqlı-haqsız hücumlara məruz qalıb.

Onun barəsində açıq və gizli qərəzləri ilə meydana çıxan həmkarlarına demək istərdik - əgər cəsarətiniz varsa, səsinizə, istedadınıza tamaşaçı, dinləyici sevgisinə güvənirsinizsə, siz də Damla kimi heç olmasa bircə dəfə konsert proqramı ilə insanların qarşısına çıxın. Uzun-uzun saçlarından savayı nəzərə çarpacaq müğənnilik nişanəsi olmayan birisi “O olsa-olsa Damladır (yəni bir damcı - red.), mən isə səmayam” deyirsə buyursun. Amma unutmasın, ifaçılıq sənəti yalnız saç-saqqalla əmələ gələn bir dünya deyil. Fonoqram diski ilə uzun saçları fırlatmaq hazırlıqsız, məhdud bir kəsim üçün keçərlidir.

Başqa birisi. İllərlə adət etdiyi neqativ püskürməsindən, paxıllığa dönüşmüş qibtəsindən, qəzəbindən əl çəkə bilmir: “Bu gün Damlaya qulaq asanlar, bir vaxtlar “Cancana”-ya qulaq asanlardır” - deyir. Yox, xanım əfəndi. Tamamilə əksinə - bu gün Damlayı dinləyənlər, sevənlər - “Cancana”nı heç vaxt dinləməyiblər. Elə biri bəndəniz. Bu qədər məkrli, kinli olmayın. Görüntünüzdən inanclı bir xanıma bənzəyirsiniz. Biz də kimin nə düşündüyünü, necə adam olduğunu az-çox təxmin edə bilirik. Şəxsən məndə belə hiss yaranır ki, siz ətirli bağçadan keçsəniz, oradakı güllər solar. Ürəyinizdəki kin, nifrət illərdir ki, yazılarınızdan, ekrandakı söylədiklərinizdən duyulur. Vaxtilə mərhum sənətkarımız İslam Rzayev sizin haqqınızdan demişdi və hamı eşitmişdi: «O xanım harda olsa dava-dalaş salır, hamının qanını qaraldır. Halbuki, musiqidən, sənətdən zərrəcə anlayışı yoxdur». Bax belə, “Cancana” mütəxəssisi!


Biz Bülbüldən, Rəşiddən, Şövkətdən, Zeynəbdən… Xana, Qədirə, Yaquba, Alimə qədər, Tom Consdan, Maykl Ceksondan, Salvodor Adamodan, Tarkana, Akif İslmzadəyə… qədər ifalar dinləmişik. Deməyimiz o ki, Damlanı əvəzsiz, mükəmməl, əlçatmaz ifaçı kimi tərif etmək niyyətimiz yoxdur. Sənət yolu uzun və keşməkeşlidir. Hələ ilk addımlarını atan fərqli bir ifaçıdır. Elə ağzını açar-açmaz bu qədər hücum çəkənlər ordusu haradan peyda olub? Damla sadə, səsi, istedadı olan gənc bir xanımdır. Sözünün yerini bilir, səmimidir, savadlıdır, geyim-gecimi yerli-yerindədir. Bir səbr edin, yaxşı cəhətlərinə yaxşı deyin, həvəsləndirin, yenilikdən ürkməyin, qorxmayın. İfasındakı əyər-əskikliklər zaman-zaman aradan qalxacaq. Və… o qədər davamçıları olacaq ki… Dedik axı, elə indidən onun yolu ilə gələnlər var. Qarşılayın!

Bir az da Üzeyir Mehdizadədən. Elə bu başdan deməliyik ki, onun başının bəlası ən əvvəl adıdır. Dahi bir insanın adı ilə musiqi sənətinə gəlməsi təbii olaraq hər kəsi qıcıqlandırır. Əgər o, Rauf, Akif, Ceyhun, Samir, Telman, daha nə bilim hansısa başqa adla sənətə gəlsəydi, bu qədər təpki görməzdi.

Üzeyirin də konsertləri, həm də başqa ölkələrdəki konsertləri anşlaq olur. Kifayət qədər sevənləri var. O da fərqli, özünəməxsus bir yol seçib. Əgər belə ifa qəbuledilməzdirsə… ekranlara bir də baxın. Məsələn, Aydınçikin “indeyski” mahnıları ifa olunmurmu? Namiqin “Rəvayət”i necə? Ya onlarla başqaları ekrandan əskik olurmu? Yox! Məqsədimiz Mehdizadəni (adını çəkmirəm ki, qəzəblənməsinlər) öymək, təbliğ etmək deyil. Amma onu qəti şəkildə inkar etmək də mümkün deyil. O qədər gic-gic şeirlər, mahnılar, düşük mətnli ifalar təqdim olunur ki. Niyə məhz Mehdizadəni gözümçıxdıya salmışıq? Belə bir yol, belə bir ifa tərzi qəbuledilməzdimi? O zaman başqalarına da qəbul etməyin. Azərbaycan musiqisinə zərrəcə dəxli olmayan kifayət qədər səslənmələr təqdim olunur. Niyə dinmirsiniz? Niyə yazmırsınız?

Həə! Məsələ bu gənclərin çox geniş dinləyici kütləsi toplamasındadır. Onları sevənlərin say çoxluğundadır. Bəyənmirsiniz? Onda elə mahnılar yazın, oxuyun ki, sizi dinləsinlər. “Çevir tatı, vur tatı” ilə olmur, atam balası. Sənət fərqliliyi sevir. Dəli, gic fərqliliyi yox, ağıllı, düşünülmüş fərqliliyi. Çox ola bilsin ki, Mehdizadənin ifaları böyük sənət panoramında heç görünməsin. Amma varlığını da danmaq olmaz. Əgər canıyanan varsa, çağırsın, söhbət etsin, məsləhət versin.

Yoxdur?!

Əgər yoxdursa, var olanın qarşısını ala bilməzsiniz!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Milli Məclisdə qazaxıstanlı qonaqlarla görüş - FOTO 19 Oktyabr 2021, 16:50 Qardaşını öldürənin işi MƏHKƏMƏDƏ 19 Oktyabr 2021, 16:48 Xoşqədəmə ARB-də vəzifə verildi 19 Oktyabr 2021, 16:42 Çindən ABŞ-a İTTİHAM: “Buna son verilməlidi” 19 Oktyabr 2021, 16:41 Peyvənd vurduranların bu günə olan STATİSTİKASI 19 Oktyabr 2021, 16:36 Yoluxma yenidən 2 mini ötdü - 15 nəfər öldü 19 Oktyabr 2021, 16:32 “Fransa sol qulağını sağ ayağı ilə qaşıyır” - ŞƏRH 19 Oktyabr 2021, 16:20 Yaponiyadakı Azərbaycan diasporundan bəyanat 19 Oktyabr 2021, 16:15 Britaniya Parlamentindən Azərbaycana TƏBRİK 19 Oktyabr 2021, 16:10 Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazirdən əmək pensiyaların yenidən hesablanması ilə bağlı QƏRAR 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu”dan yeni layihə - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05