Modern.az

Əhməd İsmayılov RTÜK sədri ilə görüşdü - FOTO

Əhməd İsmayılov RTÜK sədri ilə görüşdü - FOTO

Aktual

Bu gün, 16:51

Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) sədri Mehmet Daniş Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılovla görüşüb.

Modern.az xəbər verir ki, görüş Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində baş tutub.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında media və yayımçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsini müzakirə ediblər.

Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, lisenziyalaşdırma, rəqəmsal media xidmətləri, media savadlılığı və uşaqların qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mehmet Daniş Əhməd İsmayılov və rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyəyə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin və institusional təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

15524291552430

Sizə yeni x var
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...