28 İyun 2016, 11:46 | Ana Səhifə - Yazılar - Yuxarıda və aşağıda oturanlar
Yuxarıda və aşağıda oturanlar

Vəfa Allahverdiyeva

 

Bu sərlövhəyə səbəbkar, hörmətli idman uzmanı  Ağacan Əbiyevin spiker Oqtay Əsədovu  tez-tez əsəbiləşdirən millət vəkili Zahid Oruc haqqında hansı tədbir görəcəyi onun rəhbərlik etdiyi İntizam Komissiyasının qarşı  həftələrdəki iclasında bəlli olacaq.

Zatən ortada ciddi reaksiya verilməli, iclaslıq, cəzalıq bir şey də  yoxdur.

Bir millət vəkilinin hər məsələyə münasibət bildirməsində, çox danışmasında qəbahət  axtarmaq absurddur. Deputat müəllim və jurnalist kimi öz sahəsinə münasib, təbii olaraq ən çox danışan kateqoriyadır.

Bəlkə əksinə, yaxşı haldır ki, parlament kreslosunda qanunvericilik naşılığı səbəbindən mürgü döyən, ancaq düymə basmağa yarayan bəzi həmkarlarının da yerinə nitq söyləyib, Milli Məclisin imicinə onların sükunətindən gələn qüsurları ört-basdır edir.

İkincisi, spikeri qəzəbləndirən deputat bir az müxalifətçilik, müstəqil iradə ortaya qoyub; müzakirədəki məsələnin ziddinə gedərək əleyhinə səs də verib. Yəni, bu qədər sadə və açıq.

İntizam Komissiyası rəhbərinin yorumu isə sadə deyil.

Bu yorum özünün alt qatında müstəqil düşüncənin tapdanması, demokratiyaya qarşı çıxmaq, hətta  təbəqələşmə, sosial-ictimai fərqlənmə kimi mənalar yükünü daşıya bilir.  

O yerdə ki, ütülü çıxışlar, lal-dinməz vəziyyət tələb olunur, bu deməkdir ki, o yerdə demokratk mühit məhv edilir.    

“O, yuxarıda, biz aşağıda”.

Parlament sədrini öz məntiqi ilə sözün hərfi, həm də bütün mənalarında yuxarıda, millət vəkillərini aşağıda göstərən İntizam Komissiyası rəhbərinin mövqeyi ailə-məişət, pozitiv dəyərlər  müstəvisində böyüyə hörmət, yaxşı ritualların örnək verilməsi kimi doğru  səciyyələnə bilər.

Söhbətin predmeti siyasi-ictimai müstəviyə aid olanda isə böyüklə kiçik arasındakı mübahisə, dartışma hörmətsizlik niyyəti deyil, azad polemika, demokratiyanın təkan verdiyi sərbəstliyin sonucudur. Parlament leksik ifadə olaraq danışmaq, sərbəst fikir ifadə etmək etimalogiyası daşıyır; dünya parlamentarizminin fundametində dayanan əsas leytmotiv də dartışmaq, cəsarətli söz demək, problemləri fikir müxtəlifliyində çözə bilməkdən ibarətdir.

Yəni, parlamentin huyu belədir: onu ipə, sapa yatırmaq mümkün deyil.

İntizam Komissiyasının düşüncə fərqi, çox danışmaq xüsusiyyəti  üstündə millət vəkilinə bu şəkildə tövsiyyə verməsi demokratik sistemin inkişafı baxımından qüsurludur.         

                                                          

                                             ...    

 

“Aşağıda və yuxarıda oturanlar” bölgüsü, ümumiyyətlə, bunun xatırladılması cəmiyyət üçün zərərli və yanlışdır. Yuxarı mövqedə dayananlara məhz buna görə hörmət prinsipi aşağıya öz vəziyyətinə görə münasibət anlayışı formalaşdırır.

“Yuxarıdan aşağı baxmaq” ifadəsi də belə yaranıb. Baxmayaraq ki, real olaraq, hər yerdə aşağıda və yuxarıda oturanlar var: həm ictimai-siyasi status etibarılə, həm sosial durum sarıdan.

Aşağıda olmaq insanın söz haqqını, tənqid haqqını əlindən almır.  

Müəllim məktəb direktoru ilə açıq müzakirəyə, həkim baş həkimlə səhiyyədəki qüsurları çözməyə hazır ola bilmirsə, axsaqlığa, çatışmazlıqlara çarə mümkün deyil.

Heç bir yazılı və yazılmayan qanun xəstənin baş həkimin, valideynin direktorun, fəhlənin müdirin qarşısına çıxıb gileyini, haqlı iradını bildirməsinə yasaqlar qoya bilməz. 

Yoxsa,  sağ ayağın yerinə sol ayağı kəsənlər belə cinayətlərdə bir az da əl-qol açar, şagirdinə təcavüz edən müəllimlər əlinin altındakı məktəbli qızlara köləsi kimi vərdişlənər, direktor öz işçisinə şəxsi əşyası kimi baxmaqda davam edər.           

Status fərqliliyini, təbəqələşməni qabartmaq qorxu hissi yaradaraq, insanın içindəki cəsarəti öldürür, idarəçilərə də, məhz cəsarətin yerinə keçən mənəvi rüşvət-yaltaqlıq, saxta tərif, ağrıları ağrısız göstərmək, qaraya ağ,  ağa qara demək  sərfəli olur.

Yuxarıda olmaq insanları itaətkar təbiətə çağırmaq, onlardan istədiyi kimi faydalanmaq, onların malını, pulunu yemək, onları sözlə də əzmək  haqqını vermir. 

Aşağılar tənqidçi ovqatdan çəkinməyəndə, yuxarıların intonasiyası zəfləyir, iki tərəf arasında məsafə daralır.

Dövlətin məmurların vətəndaşın ayağına getmək  üçün tərtib etdiyi aylıq görüş qrafiki, hardasa, yaranmış uzaqlaşmanı, fərqi aradan götürmək, yuxarıları aşağıların xidmətçisi etməyə alışdırmaq  siyasətinə xidmət edir.

Əgər onlar həmin görüşləri formal əlaqələrə çevirməsə və arxa qapılardan qaçmasalar, aşağıların dəyərli olması düşüncələrdə yaxşı rişələr ata bilər.

Əgər vətəndaş öz aşağı statusuna baxıb, dinməz durmağa üstünlük versəydi, məmurlar onların haqqını bir az da tapdalayardı.

Bu kəlmələr prezidentin özünü xalqın xidmətçisi kimi təqdim etməsindən qaynaqlanmasaydı, ikinci, üçüncü dərəcəli məmur qatının hücumlarından yaxa qurtarmaq çətin olardı.

Aşağının əlindən yuxarıya hörmətdən başqa bir şey gəlmədiyi müqabilində yuxarı öz məqamına arxalanıb, onu niyəsə, əsasən incidir.

Əks reallıq varsa, şəhid ailələrinin, torpağı əlindən alınan gücsüz vətəndaşların, başqa problemlər bəlasına düşənlərin müxtəlif yerli strukturlardan  şikayət dolu harayı mətbuat səhifələrinə, prezident poçtuna dönə-dönə gedib çıxmazdı.

Aşağı yer ona görə həmişə pis olur ki, yuxarı ona hökm edir. Yuxarıdakı səlahiyyətlər və oradakı psixoloji ab-hava  elə cazibə yaradır ki, insan aşağını heç vaxt sevmir, daim ustə dırmanmaq xəyalları ardına düşür. Üst mövqeni əldən vermək istəməyən yuxarıların xudbinliyi aşağılara qarşı rəftarda ədalətsizliyə imza atdırır.  

Əslində bu sterotipi biz yaratmışıq.  

Halbuki “yuxarı həm də aşağıların yeri, aşağı həm də yuxarıların yeridir”, “onların hər ikisi qiymətlidir” kimi bir düşüncə təşviq cəsarətdə olsaydı, demokratiya elə asan yollarla pərvəriş tapar, insan haqları elə ədalətlə tənzimlənərdi ki, məhkəmə zalları bomboş,  tənqid tamamilə predmetsiz qalardı.  

Onlar yuxarıda, biz aşağıda anlayışı, ümumiyyətlə insanı aciz və zavallı göstərir.     

İnsan istər kübar çevrə olsun, istər məzlum, statusu və yaxşı-pis taleyi  sabit qalmır. Aşağıdakı bir gün üstə qalxa bilir. Təpədəki bir gün yerə enə bilir. Cəmiyyətin əldə etdiyi ən böyük qazanc, insanlığın bütün idbarlıqlardan xilası yuxarılarla aşağıların münasibətlərindəki qarşılıqlı hörmət və ehtiramdır. Onda elə aşağı yerin dəyəri  də yuxarı yer kimi olur. Ağrılı təsnifata  gərək də qalmır...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:42 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?