26 Oktyabr 2021, Çərşənbə axşamı
1 Sentyabr 2018, 09:01 | Ana Səhifə - Yazılar - Qubadlının açarı!
Qubadlının açarı!

Məhsəti Şərif


Babam kənddən çıxanda həyətdəki dəmir qapını bağlayıb açarını da cibinə qoymuşdu. Amma ondan öncə ahırdakı mal-qaranın qapısını açmışdı. Həyətdəki köpəyi damından çıxarmışdı. Demişdi ki, birdən gec qayıdarıq, heyvanlar acından ölməsin. 

Ömrünün çoxunu müəllim işləmiş babam elə işə getdiyi kimi səliqəylə kostyumunu geyinib, qalstukunu bağlayıb, heç zaman vaz keçmədiyi panamasını da başına qoyub, son dəfə həyətindəki quyusundan su içib, külfətini də yığıb müvəqqəti olaraq kəndini, elini-obasını tərk etmişdi. 

...Mən Qubadlıya yay tətillərində gedərdim. Babamın 70 il ömür sürdüyü, mənim üçün dünyanın ən gözəl kəndində 3 ay qalardım. Evə dönmə vaxtı gələndə iki gün əvvəldən göz yaşı axıdardım. Hətta bir dəfə gecə saatı irəli cəkmişdim ki, avtobusa yetişməyək, kəndi bir gün daha çox görüm. Dağdağan ağacının altında oynayım, axşam çaylağa gedib qızlarla söhbət edim. Şər qarışanda insanların bağ, bostandan evə dönüşünü izləyim. Qoyun-quzunun dağdan aşağı evlərə doğru qaçışını müşahidə edim. 

Orda hər şeydən zövq alırdım. Hətta babamın "artıq gec oldu, evə yıgışın" xəbərdarlığı da zövq verirdi. Axsamın düşməsi yeni bir səhərin açılacağından xəbər verirdi.  

Sonra Qubadlıya gedişim fərqli oldu. Ağdamda məktəbimizə "qrad" düşdü. Mən qaçqınlıqla ilk dəfə tanış oldum. Məktəbin son ilini Qubadlıda oxudum.  Bu dəfə 9 ay Ağdama gedə bilmədim. Artıq Qubadlıdan Ağdama gedəndə ağlamırdım. Qəribə hiss vardı içimdə. İki doğma yurd arasında seçim edə bilmirdim... Öncə doğulub boya-başa çatdığım Ağdam işğal olundu. Sonra mənim doğma ana yurdum Qubadlı. Mənim uşaqlığım, gəncliyim, ərköyünlüyüm bununla da bitdi... Boyümədən yaşlandıq. 

...Babamgil hər kəs kimi bir yer tapıb məskunlaşdı. 70 yaşlı müəllim hər şəhər "nə xəbər, qayıtmırıq" sualıyla yuxudan oyandı. Artıq evdəkilər “hələ bir xəbər yoxdu”nu "yox, qayıtmırıq" cavabı ilə əvəzləmişdilər. Babam uşaq kimi, çarəsiz üzlərə baxırdı ki, bəlkə şad xəbər eşidə. Bir neçə dəfə də məndən də soruşmuşdu. Özünəməxsus müraciət formasıyla "Məsigülüm, sən bilərsən,  getməkdən nə deyirlər?". 

Aradabir də pencəyinin cibində gəzdirdiyi Qubadlıdakı həyət qapısının, otaqlarının açarlarını cingildədərdi. Bir dəfə açarı başqa bir yerə qoyub unutmuşdu. Bütün evi ayağa qaldırmışdı ki, “evin açarın tapın”. 

Onun üçün açarın itməsi yurduna dönəcəyinə inamın itməsiydi. Sonra babam ağır xəstəlik tapdı. Uzun sürə yataqda müalicə olundu. Bu, onu ölümə aparacaq xəstəlik idi. Öləcəyini bilirdi. Çünki onu dərk edəcək qədər müdrük insan idi. Ayağa çətinliklə qalxırdı. Və o ağır günlərin birində evinin açarını pencəyinin cibindən çıxarıb çəkməcəyə qoydu. Bu, onun üçün artıq evinin deyil, Qubadlının açarı idi. Qorxurdu ölər, övladları evin açarını tapmaz. 

Babam bu dünyadan həsrətlə köçdü. Evinin, torpağının qoxusu burnunda gözlərini əbədiyyən yumdu. Babamdan sonra çox şey dəyişdi. Neçə insanımız, doğmamız gözünü vətən həsrətiylə yumdu. Dəyişməyən tək şey qeyd etdiyimiz işğal tarixiydi. Bir də o açar... 

Heç bilmirəm babamdan sonra o açar necə oldu. Soruşmağa çəkinirəm. Birdən qoruya bilməsələr... O zaman babamın son ümidi də öləcək və onun narahat ruhuyla qovuşacaq. 

İndi mən uzaq Türkiyədə oturub xatirələrimi yazıram. Ağlımın bir köşəsində qalanları qeyd edirəm. Üzülürəm, məhv olmuş gəncliyimə, kül olmuş yurdumuza. Amma yurdumuzu kimdən istəyim bilmirəm. Cavabın "zamanı gəldiyində", "lazım gələrsə"  olmasından qorxuram. Artıq ölmüş inamımın dirilməsini istəyirəm. Mən babamın açarıyla o qapını açmaq istəyirəm. Çox seymi istədim cənablar?..

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır” - Prezident 26 Oktyabr 2021, 20:07 Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir - ŞƏRH 26 Oktyabr 2021, 20:07 Türkdilli dövlətlərin təhsil nazirləri görüşəcək 26 Oktyabr 2021, 19:51 İlham Əliyev və Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirirlər 26 Oktyabr 2021, 19:48 Toplanışa çağırılan hərbçilər hərbi hissədə - VİDEO 26 Oktyabr 2021, 19:46 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi TARİX 26 Oktyabr 2021, 19:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən qazaxlı axundla bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP Ərazi Partiya təşkilatına sədr və müavin seçilib 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30