15 Oktyabr 2018, 08:29 | Ana Səhifə - Yazılar - Yenidoğulmuşun şikayəti
Yenidoğulmuşun şikayəti

Mahir Qabiloğlu


Doqquz ay idi ki, kefdəydim. Anamın qarnında özümçün o yana fırlanırdım, bu yana fırlanırdım. Anam evdə nə hava çalırdısa, oynayırdılar. Deyirdi ki, kabab istəyirəm: həmən ya restorana aparırdılar, ya da ki çörək arasında evə gətirirdilər. Təzə paltar geyinmək istəyəndə, alırdılar. Təmiz dağ havası da öz yerində. Anamın qarnında bu doqquz ayı Azərbaycanın bütün bölgələrini gəzdim. Yerim rahat idi. Nə edim ki, məcburi çıxartdılar məni bayıra.

Çıxan kimi də dedilər ki, ağla. Ağlamadım. Kişi də heç ağlayar? Elə bunu görmüşdüm – çimdik bir yandan, şillə o yandan. Böyük adama o cür işgəncə versəydilər səsi Avropa Məhkəməsindən gələrdi. Xülasə, mən bu işgəncəyə dözməyib başladım bərkdən ağlamağa. Demə bu ağlamaq, o ağlamaqdan deyilmiş. Ciyərlərimin açılması üçün lazımmış. Vurmaq nəyə lazım? Əvvəlcədən başa salsaydılar özüm də ağlayardım.

Sonra ağzıma şlanq soxdular, öyüyə-öyüyə qaldım. Görəsən nə yemişdim ki, bunlar mədəmi yumaq istəyirdilər, hə? Həkim xala dedi ki, sakit dur, “otsos” eləyirik. Demə dölyanı maye udmuşam, onu sorurlarmış mədəmdən aparat vasitəsilə.  

Sonra arxama nəsə dürtdülər. Demə bu da klizmaymış. Yaxşı ki, vazelin vurmuşdular. Elə özümə təzə gəlmişdim ki, qoluma da, ayağıma da rezin fason qandal taxdılar. Baxdım ki, üstünə nəsə yazılıb. Nə yazılsa yaxşıdır? Aygün Məmmədova. Qışqırığım götürdü aləmi ki, ay həkim, ay akuşerka, mən kişiyəm e... 9 aydır ki, anamla atamın dığ-dığından bezmişəm. Ki, bəs mənə hansı babamın adını verəcəklər – ata-babamın, yoxsa ana-babamın. Həkim xala gördü ki, sakitləşmirəm, bir yumşaq-fason şeyi soxdular ağzıma. Adına da “soska” dedi. Məcbur olub kiridim.

Bir müddətdən sonra həkim xala yenə gəldi. Qıraqda dayanan şəfqət xalaya amiranə şəkildə “Aygünü aç, yoxlayım” dedi. Hirsimdən partlayırdım.Axı mən Aygün deyiləm. Mənim heç adım da yoxdur. Əynimə geydirdikləri mavi rəngli paltara baxsınlar heç olmasa. Qız olsaydım qırmızı, çəhrayı rəngdə olardı paltarım. Həkim tonusumu yoxladı. Əllərimi qaldırdı. Qollarımı kənara açdı. Ayağımın altını elə qaşıdı ki, məcbur olub yenə ağladım. Ayaq üstə tutub ayaqlarımı çarpayıya dirəşdirdi. Qarnım üstə qoydu. Hər proseduru edəndən sonra da “Afərin. Aygündə hər şey yaxşıdır” deyirdi. Hirsimdən partlayırdım ki, bəs mən kişiyəm, qız deyiləm. Nə edim ki, danışa bilmirdim.

Sonra həkim ürəyimə, ciyərlərimə qulaq asdı, qarnımı əllədi. Nəhayət, pampersimi açdı. Burnuna yaxınlaşdırıb iylədi, nəcisimi barmaqladı. Sünnətimi çevirəndə fürsət düşdü əlimə. Qərara aldım ki, cəzalandırım onu. Necə? Naporla işədim düz həkim xalanın sifətinə. O da “Oğraş, sən mənim üstümə işəyirsən?” deyib, o saat üstümü əskiylə bağladı. Amma artıq gec idi. Üzünü də yumuşdum, acığımı da çıxmışdım. Amma mənə “oğraş” deyəndə pis oldum. Axı mənim anam tərbiyəli qadındır. Kim bilməsə də, mən yaxşı bilirdim ki, anam atamdan başqa heç kimlə yatmayıb. Bunu gözlərimlə görmüşdüm. Amma təhqir olunsam da,  sevinirdim. Çünki həkim mənim Aygün yox, kişi olduğumu axır ki, bilmişdi. Yoxsa “oğraş” deməzdi.

Amma elədiyim yenə də ona dərs olmadı. Həkim xala üzünü şəfqət xalaya tutub dedi: “Aygün yaxşıdır. Onu yu, geyindir, ver döşə”.
Sonra isə yanımdakı oğlan uşağına işarə verərək “İndi də Şərqiyyəni aç. Onu da yoxlayım” dedi. Qonşum  da hirsləndi. Amma həkim işarət barmağını onun gözü qarşısında yellədərək “Bax a, ay oğraş, üzümə işəsən canını alaram” deyə əvvəlcədən xəbərdarlıq etdi.

Beləcə xəstəxanada iki gün qalıb çıxdıq. Yaxşı ki, çıxdıq. Nəhayət ki, adımı qoydular. İndi hamı məni kişi adıyla çağırır. Demə doğum evində hamını ananın adıyla çağırırmışlar. Anamın da adı Aygün, familiyası Məmmədovaymış.

Amma evdəkilərdən heç biri, hətta anam da bilmir ki, xəstəxanada başıma nə oyunlar gətiriblər. Özüm də açıb-ağartmıram. Necə etiraf edim? Adımı Aygün çağırmaqlarınımı, paltarımı mavi rəngdə geyindirməklərinimi, ora-burama dürtdüklərini demirəm hələ. Görəsən mənim taxsırım nə idi? Sonra da deyirlər ki, qulaqlarınızı çəkin, evlərdən iraq. Filankəsin oğlu qulağısırğalıdır.

 

2018

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ərdoğanla S-400 məsələsini müzakirə edəcək 14 İyun 2021, 09:30 Bu il 11-ci sinifi bitirəcək məzunların sayı AÇIQLANDI 14 İyun 2021, 09:24 Şuşa qədimliyi qədər də müasirləşəcək 14 İyun 2021, 09:18 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 14 İyun 2021, 09:12 Gürcü alimləri erməni həyasızlığı haqqında 14 İyun 2021, 09:06 Neft yenidən bahalaşdı 14 İyun 2021, 09:00 ATƏT-in baş katibi Gürcüstana gəlir 14 İyun 2021, 08:56 Bu gün Bakıda livanlı terrorçuya hökm oxunacaq 14 İyun 2021, 08:50 Bayden İsrailin yeni baş naziri ilə DANIŞDI 14 İyun 2021, 08:40 AVRO-2020-də bu gün daha üç oyun olacaq 14 İyun 2021, 08:37 Bu gün məktəblərdə "Son zəng"dir 14 İyun 2021, 08:31 Şirkət rəhbərinin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO 14 İyun 2021, 01:39 Şuşa Ərdoğanın səfərinə hazırlaşır - FOTO 14 İyun 2021, 01:07 Niderland Ukraynaya qalib gəldi - AVRO-2020 14 İyun 2021, 00:58 Bakıda qardaş bacısına 10 bıçaq zərbəsi vurdu 14 İyun 2021, 00:53 Güləşçilərimiz Varşavada 5 medal qazandı 14 İyun 2021, 00:47 Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında ərik qalmaqalı 14 İyun 2021, 00:33 Şabranda kanaldan kişi meyiti çıxarıldı 14 İyun 2021, 00:24 Rusiya MN-dən sülhməramlı açıqlaması 14 İyun 2021, 00:11 Bu pişiyə AVRO-2020-nin azarkeşi pasportu verildi 13 İyun 2021, 23:58 Makron Consonla mübahisə etdi 13 İyun 2021, 23:45 G7 sammiti başa çatdı 13 İyun 2021, 23:29 İsrailin yeni baş naziri and içdi 13 İyun 2021, 23:13 Bakıda xəsarətlə nəticələnən yol qəzası 13 İyun 2021, 23:07 Baş məşqçi Eriksenə görə UEFA-nı qınadı 13 İyun 2021, 22:56 Türkiyədə koronavirusdan gündəlik ölüm sayı azaldı 13 İyun 2021, 22:40 İsrail parlamentinə yeni spiker seçildi 13 İyun 2021, 22:26 İngiltərəli yarımmüdafiəçi Avropa çempionatının ən gənc futbolçusu oldu 13 İyun 2021, 22:11 Şimali Makedoniya Avstriya ilə bacarmadı - AVRO-2020 13 İyun 2021, 21:58 Son sutkada ölkədə 61 yanğın olub - FHN 13 İyun 2021, 21:44 Ən yüksək nəticə göstərən şagirdlərin sayı 5-ə çatdı - FOTOLAR - YENİLƏNİB 13 İyun 2021, 21:36 Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır - Qalmaqal 13 İyun 2021, 21:25 Jozep Borrel Azərbaycan və Ermənistanın jestlərini alqışladı 13 İyun 2021, 21:11 Ölkədə peyvəndlənənlərin sayı açıqlandı 13 İyun 2021, 21:00 Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 45 yoluxma, ÖLÜM YOXDUR 13 İyun 2021, 20:55
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?