9 mart 2020, 12:57 | Ana Səhifə - Yazılar - Qadına hansı azadlıq gərək?
Qadına hansı azadlıq gərək?

Fazil Mustafa

Qadın azadlığı mövzusu müasir dünyamızda aktualdır. Bu azadlığın boğulduğu əsas məkan Şərq ölkələridir. Lakin Azərbaycan dünyəvi dövlət olduğu üçün hüquqi baxımdan qadınları diskriminasiyaya məruz qoyan hansısa məqam yoxdur. Adət-ənənə, günlük yaşam, sosial şərtlər içində qadını şəxsiyyət olaraq formalaşmağa qoymayan xeyli hallar mövcuddur. Bu səbəbdən də qadın haqlarının gündəmə gətirilməsi zəruridir. Ancaq qadın haqlarını seksual azadlıqlarını təmin etmək üçün hər cür sərbəstliyi tələb etmə çərçivəsində göstərmək təhlükəli durum yarada bilər.

Gerçək qadın haqlarını tələb edənlərin səmimi tələblərinin lağlağı ilə qarşılanmasına, qadının aşağılanması, zorakılığa məruz qalması, təhsilsiz qalması, erkən yaşlarından ərə verilərək ailəiçi sosial bomja çevrilməsi, iqtisadi azadlığının məhdudlaşdırılması, vərəsəlik hüququnun yetərincə təmin olunmaması kimi məsələlər öz aktuallığını itirməyə başlayacaq. Fahişəliyi həyat tərzi olaraq seçmək hüququ bizdə məhdudlaşdırılmayıb, feminizmi bu tələb üzərindən təlqin edənlər bu gerçəyi özləri də anlayırlar. Hətta bir çox hallarda televiziyalarımızda da sənət formasında təbliğ olunan fahişəlik elementləri olur və seksual azlığın efirlərdən əxlaqi tövsiyələrini də cəmiyyət soyuqqanlı şəkildə dinləyə bilir. Lakin dövlət və cəmiyyət bu həyat tərzinin açıq təbliğatının qarşısına haqlı olaraq müəyyən sədlər çəkir. Çünki bu həyat tərzinə qarşı olan cəmiyyət çoxluğu var və ictimai mühitdə onların dəyərlərinə ziddiyət təşkil edir. "Kimə istəsəm..." demək, "Qulumun zoru var və bu qol da mənimdir, kimi istəsəm döyərəm, söyərəm, öldürərəm!" deməkdən mahiyyətcə elə də fərqlənmir. Elə qadınlara zorakılıq tətbiq edən kişilər də belə deyirlər: "Arvad mənimdir, döyüb-öldürürəm!". Yaxud "Bacı mənimdir, öldürürəm!" "Qız mənimdir, oxutmuram!" Bir şeyi unutmayaq ki, mütləq mənada "mənim olan" heç bir şey yoxdur. "Mənim olanın" həm də cəmiyyətlə, ailə ilə, çevrə ilə bağlı hissəsi var və bunsuz real həyatımızda hansı qarışıqlıqların yarana biləcəyini indidən təsəvvürə gətirmək mümkündür. Qısacası, Azərbaycan qadın haqları ilə bağlı ciddi məsələlər var bunun da böyük əksəriyyəti cəmiyyətimizdəki sağlam olmayan dünyagörüşündən, təhsilsizlikdən, iqtisadi çətinliklərdən yaranıb.

Qadın hüquqlarının təmin olunması üçün yadıma sala bildiyim ən zəruri şüarları belə təklif edədim:

-Qız övladının təhsil almasını əngəlləyən valideynlər cinayət məsuliyyətinə cəlb olunsun!

-Hamilə qadınları, uşaqları qətlə yetirənlər, kiçik yaşlı uşaqlara təcavüz edənlər axtalanmaq da daxil, ən sərt formada cəzalansınlar!

-Yetkinlik yaşına çatmayan qizlarını zorla ərə verən valideynlərə qarşı ictimai qınaq güclənsin!

-Yetkinlik yaşına çatmayan qızların narkomana çevirən şəxslərə qarşı cəzalar gücləndirilsin!

-İqtisadi çətinliyinə görə insan alveri qurbanına çevrilmiş qadınlar üçün normal maaşlı iş yerlərinin açılması və bu cür sahibkarlara hər cür vergi güzəştlərinin tətbiq edilsin!

-Qulluq mövqeindən, səlahiyyətindən istifadə edərək qadınlara qarşı zorakılıq tətbiq edən məmurlar cəzalandırılsın!

-Xaricdə təhsil alan savadlı qızların müəyyənləşdirilərək təhsil haqqı dövlət tərəfindən ödənilsin!

-İşləməyən analara inkişaf etməş ölkələrdə olduğu kimi təminatına yarayan səviyyədə analıq məzuniyyəti verilsin!

-Qadına ən böyük dəstək- önun böyütdüyü hər bir uşaq üçün yetərli müavinətin verilməsidir!

Ardını əlbəttə gətirmək olar. Ancaq sağlam niyyətlə qadınlarımızın hüquqlarını qorumaq üçün... Yoxsa, "mənimdir özüm bilərəm"lə deyil. Hər kəs "mənimdir!" deyibən öz olanı çölə çıxarmağa başlasa, bundan sonra kimsə evindən həmin çölə çıxa bilməyəcək!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verib 12 May 2021, 12:06 Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub 12 May 2021, 12:03 Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36