Modern.az

Dünya Bankı Mərkəzi Afrikaya 215 milyon dollar ayıracaq

Dünya Bankı Mərkəzi Afrikaya 215 milyon dollar ayıracaq

Dünya

7 Oktyabr 2009, 16:26

Dünya Bankı Mərkəzi Afrikada genişzolaqlı internet infrastrukturunun inkişafına 215 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq. 10 il müddətli proqramın icrası nəticəsində region əhalisi üçün şəbəkənin daha əlçatan olacağı gözlənilir.
Mərkəzi Afrikada internetə çıxışın qiyməti kontinentin digər hissələrindən iki dəfə, dünyanın digər ölkələrindən isə üç dəfə bahadır. Bununla yanaşı Mərkəzi Afrikada telekommunikasiya xidmətlərinin keyfiyyəti heç bir tənqidə cavab vermir. Layihənin ilkin mərhələsi çərçivəsində Kamerun, Çad və Mərkəzi Afrika Respublikasının əhatə olunacağı nəzərdə tutulub. Yüksəksürətli internet infrastrukturunun inkişafı üzrə proqram bu ölkələrə həmçinin Qlobal Şəbəkəni və telekommunikasiya sektorunu tənzimləyən qanunların razılaşmasında kömək edəcək. Sonradan proqrama Mərkəzi Afrikanın səkkiz ölkəsinin daxil olunacağı planlaşdırılır: Konqo Respublikası, Ekvatorial Qvineya, Konqo Demokratik Respublikası, Qabon, Niger, Nigeriya, San-Tome və Prinsipi, Sudan. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, hazırda Afrikada hər mininci sakinə yalnız bir genişzolaqlı internet istifadəçisi düşür. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub