12Avqust | Ana Səhifə - Yazılar - Boşanmışlar ordusu
Boşanmışlar ordusu

Hidayət ELVÜSAL

 

Son vaxtlar baş verən hadisələr olmasaydı bu söhbəti açmazdıq. Onsuz da hamının bildiyi bir problemdir. Həyatdır, bir zamanlar dünyanın ən xoşbəxtləri hansı səbəbdənsə yollarını ayırırlar. Bunu yaxınları, dost-tanışları eşidir. Açıq söyləyək ki, çoxlarına  nümunə olan şou-biznesdə belə deyil. Bəziləri üçün az qala həyat tərzinə çevrilmiş bu məsələ şou-biznesin reklam lövhəsinə çevrilib.

Xalq artisti Aygün Kazımovanın rəsmi və ya qeyri-rəsmi həyat yoldaşları (!!!!) haqda hər kəsin müəyyən məlumatları var. Onun həyatında baş verən evliliklər, ayrılıqlar uzun müddət gündəmdə qalır. Bu azmış kimi müğənninin yerli və əcnəbi sevgililəri, macəraları da bəzi TV ekranlarından əskik olmur. Aparıcı xanımı eşidirik:

- Türkiyədə yerli diva (?!) bizim divanı (yəni Aygün Kazımovanı) qısqanır.

Bu «diva» məsələsi haqda indi fikir bildirmək yersiz olardı. Amma  müğənninin türk sevgilisi haqda elə ruh yüksəkliyi ilə xəbər verən aparıcı bunu rahat və sərbəst dilə gətirir.

Başqa bir aparıcı o qədər rahat və ixtiyar sahibidir ki, müğənni Kərimin keçmiş həyat yoldaşı Təranə xanımdan soruşur:

- Kərim ər-arvad münasibətində öz kişilik vəzifəsini yerinə yetirə bilirdimi?

Xanım:

- Bəli! – dedi.

Yəni Kərimin barəsində yayılan xoşagəlməz söhbətlərə bu namünasib yolla aydınlıq gətirildi. Ekranda, tamaşaçı kütləsi qarşısında  onu təmizə çıxardılar. Və daha  sonra bu cütlüyün yeni macəraları vaxtaşırı olaraq «servis» edildi.

Yəni bu yolla tamaşaçıların sayının necə artdığının şahidi olduq. Xalq artisti Məleykə Əsədova ailə qurdu. Hamı xoşbəxtlik arzuladı. Dünyaya övladı gəldi və az sonra məhz ekrandan elan elədi:

- Yox! Bu dəfə mütləq boşanacam!

Boşandı. Sonra zövqünə uyğun kişini təsvir elədi. Yenə ekandan. Və düşünürsən ayıb deyilmi? Heç olmasa sənə «Xalq artsisti» adı verirlər. Sən bu xalqa hansı nümunəni göstərirsən.

Müğənni İlahə bir yarışmadan tanındı, məşhurlaşdı. Sonra ərə getdi, övladı dünyaya gəldi. Və… Ayrıldı. Səbəb? Çox qəribə izahat verdi:

- Ərim çox gülürdü.

Adam bu yerdə soruşmaq istəyir. Evlənməzdən qabaq ərin ağlayırdı? Bu nə bəhanədi? «Evlənib ayrılıb» adlı bir «lisenziya» əldə etmək üçün bu qədər düşük varianta əl atmağın nə mənası var? Sərbəstlik  yaradan belə ayrılıq toy-düyün, maşın, ev, təmtəraqlı həyat və… «SPONSOR» macəralarının başlanğıcıdır və bunu hamı bilir.

Belə sponsorlar  uğrunda bəzən az qala şou-biznesdəki xanımlar saç yoldusuna çıxırlar. Özü də yenə TV ekranlarında, mediada.

Əlbəttə, şou-biznesdə ailə bağları kifayət qədər möhkəm  olanlar da var. Onlar sənətləri ilə məşğul olurlar. Dava-dalaşdan, münaqişədən uzaqdılar. Evlənib ayrılmağı ağıllarına belə gətirmirlər. Belə mənasız şeyləri həyat tərzinə çevirmirlər. Sevdikləri adama «ayaq bağı» kimi baxmırlar. Əksinə, onların  hörmətini hər yerdə saxlayırlar. Xalq artisti Faiq Ağayev də evlənib ayrılıb. Amma bunu bacardıqca gizlətməyə çalışır.  Röya da belə. Ümumiyyətlə, belə məsələlərdən reklam qazanan və utanan, çəkinən insanları da görürük.

Rəqsanə… Bir zamanlar bu xanım düz 9 ay, 9 gün şişmiş qarnını TV ekranlarında sərgilədi. Mütəmadi olaraq uşağın atasını soruşanlara qısa cavab verdi:

- Bir dostdur.

Vəssəlam. Yəni tablo göründü – ərdən, sevgilidən başqa «dostdan» da hamilə qalmaq olarmış. Pis nümunədir.

Ümumiyyətlə isə bunların hamısı mütləq başqalarına da təsir edir. Amma haqq qazandırdığımız insanlar da var. Lalə Məmmədova da boşandı. Amma o, xəyanət üzündən belə bir addım atdı. Buna görə də heç kəs onu qınamadı.

Şou-biznesə yenidən nəzər saldıq. Nə qədər acı olsa da ailəni hər şeydən üstün tutanlar burada çox azdır. Boşanma isə sanki həyat tərzinə çevrilib.

Onları dinləyənlər, sevənlər üçün xoşagəlməz nümunə şəkillənir. Sanki müğənni olmaq, şou-biznesə qatılmaq üçün ya əvvəlcə, ya da buraya «üzv» olandan sonra mütləq boşanmaq lazımdır.

Beləliklə, şou-biznesdə bir boşanmışlar ordusu yaranmaqdadır.

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi” - VİDEO 17 Sentyabr 2019, 11:13 Hikmət Hacıyev: “Azərbaycan etibarlı tərəfdaş kimi tanınır” 17 Sentyabr 2019, 11:04 Cəbhə xəttində monitorinq keçiriləcək 17 Sentyabr 2019, 10:56 Əli Məsimli: “Gələn ilin büdcəsində sosial xərclərə daha çox vəsait ayrılacaq” 17 Sentyabr 2019, 10:51 Putinin “Quran”dan sitat gətirməsi nəyə işarədir? - Liderlərin görüşünün PƏRDƏARXASI 17 Sentyabr 2019, 10:50 Bakıda keçmiş arvadını və polisləri yandırmaq istəyən şəxs tutuldu 17 Sentyabr 2019, 10:39 Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA 17 Sentyabr 2019, 10:33 Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42