17 Sentyabr 2016, 10:56 | Ana Səhifə - Yazılar - Çörək
Çörək

QABİL

 

 

Çörək dükanlarının qapısında gəzənlər,

Çörək dolu rəflərə baxıb ağız büzənlər,

“İstisini ver” – deyə satıcını üzənlər,

Gecə bişən çörəyi səhər nankor süzənlər

Ağından, qarasından... hər cüründən bezənlər!

Qədərsiz olsa çörək,

Qədirsiz olur demək?!

 

Ey evində çörəyi... çörəkçin dayananlar,

“Təzə çörək gəlmədi?” söylənib deyinənlər,

Təkərlər üstündəki təknəyə boylananlar,

Gözlədiyi çörəyi... görməyib hay salanlar,

Dükan dolub daşınca dükandan seyrələnlər!

Unutmayın bir şeyi:

Çörək sevmir gileyi...

 

Sizdən öyrənir uşaq, sizdən götürür, əlbət,

Yaşlılar, yaddaşlılar! Sizə vacib bu söhbət,

Yadınızdan çıxıbmı çəkdiyiniz zəlalət,

Onda bir tikə çörək süfrələrdə səadət...

İndi tullantı olur süfrələrdə bərəkət.

Aşıb-daşsa da çörək

Ona ehtiram gərək.

 

Yurdun çörəyi boldur, hədər deyildir ancaq,

Qanımızla sulanıb çörək verən bu torpaq.

Blokada dastanı yazılmayıbdır nahaq...

O vaxtdan sinələrdə hələ də var düyün-dağ...

Nə aclıq, nə harınlıq bilməsin oğul-uşaq:

Nə israf olsun çörək,

Nə bizə qıtlıq gərək.

 

Bir sünbülün dənini min quşdan qorumuşuq,

Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,

Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,

Od ələyən Günəşdən, sərt qışdan qorumuşuq,

Lap anadan, bacıdan, qardaşdan qorumuşuq...

Bugünkü günlər üçün

Bugünkü günlər üçün.

 

Ana haqq-sayını gözünün nurunda gəz,

Çörəyi də anatək müqəddəs sayırıq biz,

Ana ilə çörəyi ödəməz heç bir əvəz...

Ana ilə çörəyə ağ olan ruzu görməz,

Ana ilə çörəyə dünyada pis deyilməz.

Ana – namus, dəyanət,

Çörək – xeyir, bərəkət,

Çörək – qüvvət, mətanət.

 

1971

 

 

 

DUZ

 

Duz!

Hər yerdə dolu,

Hər yerdə ucuz.

Ucuzdur iynədən, sancaqdan.

Düymədən, daraqdan,

Acı siqaretdən,

Şit qaletdən.

Duz!

Qışda-qarda

Duzdan baha olur

Bir parça

Buz...

Qonşudan duz istəyəndə

Adam utanmır heç,

Rişğənd ediləcəyinə

İnanmır heç.

Duz üstündə heç kimin

Tamahı sürüşməyib.

Duz üstündə bir kişi

Bərkə-boşa düşməyib.

Duz

Duz

Duz!

Hər yerdə dolu,

Hər şeydən ucuz...

 

                        * * *

 

Naxçıvanda bir gün,

Guya vaxtı öldürmək üçün

Məni duz mədəninə apardılar.

Elə bil qar yağmışdı

Narın qar...

Duz

Taptalanır,

Xırçıldayırdı

Ucuz-ucuz...

Torpağın böyük neməti,

Həyatın əbədi ehtiyacı,

Zərurəti –

Çörəyin duzu,

Sözün duzu –

Bu – məcazi mənasıdır hələ

Duzun –

Hər şeydən ucuzun

Brilyanta bərabər

Kristal, ağ dənələr!..

Duz –

Başa gəlmirdi rahət,

Asudə, ucuz!..

İnsanlar tər tökürdü, tər,

Nərə çəkirdi maşınlar – nəhənglər.

Ciyərlərə toz yatırdı.

Ciyər,

Nəfəs,

Ömür – insan baha...

Duz – ucuz!

Uzanırdı uzaqlara

Kanatlar.

Vaqonetkalar axırdı

Qatar-qatar,

Toqquşurdu bəzən.

Qəfil göy gurultusundan

Diksinən kimi olurdum mən.

Nə çətin iş, nə ağır zəhmət!

Nə böyük sərvət.

Duz!

Bir stəkan qazlı sudan

Ucuz!..

Yerin altına endik,

Ora döndük, bura döndük.

Şaxtalar şaxələndi,

Başımıza duz ələndi.

Ətraf ləl-cəvahirdi,

Daş-qaşdı.

Dörd dövrəmiz işıq saçan

Sehirli daşdı.

Duz,

Duz,

Duz,

Dərinlərə getdi yolumuz.

İnsanlar layları yarırdı,

Külçələr qoparırdı.

Üst qatlar

Onların üstündə tutmuşdu qərar.

Parıltıdan göz qamaşırdı.

Təzyiqdən

Nəfəs daralır,

Hava sıxlaşırdı.

Kompressorlar axın verirdi

Hər an.

Durulur, coşurdu qan.

İnsanlar mərd, yorulmaz, qoçaq,

Yerin üstü də ağ,

Yerin altı da ağ.

Duz,

Duz,

Duz.

Bahadır, qiymətlidir

İnsanın zəhməti kimi,

Boldur –

Geniş ürəklərin

Səxavəti kimi.

Hər şeydən baha,

Hər şeydən

Ucuz!

Duz!

 

1966

Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24 Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12 Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab 23 İyun 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 23 İyun 2021, 09:00 Milli Məclisin Aparat rəhbərliyi TƏLTİF EDİLDİ 23 İyun 2021, 08:54 ABŞ İranın 30-dan çox internet saytını blokladı 23 İyun 2021, 08:46 Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: Jak Şirak qudurub!” 23 İyun 2021, 08:39 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin ikinci mərhələsi başlayır  23 İyun 2021, 08:34 Bu gün daha bir qrup erməni terrorçunun məhkəməsi KEÇİRİLƏCƏK 23 İyun 2021, 08:25 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 00:58 Kürdəmirdə mübahisə ölümlə nəticələndi 23 İyun 2021, 00:43 Arayik Rusiya sülhməramlılarını və Yerevanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var! 23 İyun 2021, 00:34 Abşeronda 33 yaşlı kişi bıçaqlandı 23 İyun 2021, 00:22 UEFA-dan azarkeşlərlə bağlı yeni qərar 23 İyun 2021, 00:10 ABŞ İranın internet portallarını blokladı 22 İyun 2021, 23:57 Batmaqda olan 4 nəfər xilas edildi 22 İyun 2021, 23:42 Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır 22 İyun 2021, 23:29 ATV-də axtarılan yeniyetmənin meyiti dənizdən tapıldı 22 İyun 2021, 23:13 Yaponiyada vulkan püskürdü 22 İyun 2021, 23:07 Göygöldə yaşlı qadın özünü asdı 22 İyun 2021, 22:53 Xəzərdən meyiti tapılan şəxsin kimliyi bilindi - YENİLƏNİB 22 İyun 2021, 22:41 Teymur Rəcəbov bu dəfə 9-cu oldu 22 İyun 2021, 22:33 Bakıda süpürgəçi qadını maşın vurdu 22 İyun 2021, 22:22 BDU-nun müəllimi vəfat etdi - FOTO 22 İyun 2021, 22:08 AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı 22 İyun 2021, 21:59 "Mina xəritələrinin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək" - Baş katib 22 İyun 2021, 21:46 Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO 22 İyun 2021, 21:33 Türkiyədə yoluxma və ölüm sayı yenidən artdı 22 İyun 2021, 21:19 Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi 22 İyun 2021, 21:05 Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri Moskvada görüşdü 22 İyun 2021, 20:53 Azad edilmiş ərazilərimizdə əsgərlərlə görüş keçirildi - FOTO 22 İyun 2021, 20:39 Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü 22 İyun 2021, 20:25 Teymur Levona qalib gəldi 22 İyun 2021, 20:14
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?