Modern.az

Finlandiya həmyerlimizi Rusiyanın "agent"i olmaqda ittiham edir

Finlandiya həmyerlimizi Rusiyanın "agent"i olmaqda ittiham edir

Diaspor

Bu gün, 15:24

Finlandiya paytaxtı Helsinkidə Azərbaycan vətəndaşının məhkəmə prosesi başlayıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Baltik dənizində sualtı kabellərin zədələnməsi ilə bağlı iş üzrə Rusiya və Azərbaycan vətəndaşları hakim qarşısına çıxarılıb.

“Fitburg” gəmisinin kapitanı, Rusiya vətəndaşı olan kapitan Andrey Maksimenko və Azərbaycan vətəndaşı olan bosman ağır təxribat və ağırlaşdırıcı hallarla telekommunikasiya əlaqəsinin pozulmasında ittiham olunurlar. Hər iki şəxs ittihamları rədd edir.

İstintaqın məlumatına görə, “Fitburg” 2025-ci il dekabrın 31-də Helsinki ilə Tallin arasında Estoniyanın iqtisadi zonasında iki telekommunikasiya kabelini zədələyib. Gəminin qırılmış lövbəri dənizin dibində ən azı 130 kilometr sürünüb.

Maksimenko hadisənin Rusiyanın hibrid hücumu ilə əlaqəli olması barədə iddiaları “cəfəngiyyat” adlandırıb. Kapitanın müdafiəsi hadisənin qəsdən törədilmədiyini bildirir. Azərbaycan vətəndaşı olan boçman da bütün ittihamları rədd edir.

Prokurorluq hər iki təqsirləndirilən şəxs üçün 2 il 6 ay müddətinə real həbs cəzası tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI