Modern.az

“Soyuq Müharibə” kabusu geri dönür - Tramp və Merkel Putindən narazılıq etdi

“Soyuq Müharibə” kabusu geri dönür - Tramp və Merkel Putindən narazılıq etdi

Dünya

2 Mart 2018, 15:02

ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Putinin yeni hərbi siyasətindən narazılıq ediblər.

 

“Kansler və prezident Putinin yeni silahların yaradılması ilə bağlı çıxışını neqativ dəyərləndirərək, bunun silahlara nəzarət sahəsində ciddi təhlükə yaradacağını bildiriblər”- deyə Almaniya hökumətinin mətbuat katibi Ştefan Zibert deyib.

 

Xatırladaq ki, martın 1-də Federal Məclisə müraciətində Putin Rusiyanın analoqu olmayan yeni silahlar hazırladığını və dünyadakı heç bir Hava Hücumundan Müdafiə Sisteminin bunun qarşısını ala bilməyəcəyini deyib.

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı