Modern.az

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi

Dünya

3 Noyabr 2018, 00:13

Belarus prezidenti Aleksandr Lukaşenko yerli istehsal olan ayaqqabılar geyinməyi xoşladığını deyib. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lukaşenko ayaqqabılarının hətta Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də diqqətini çəkdiyini deyib:

 

“Mən prezidentlərlə görüşəndə onlar italyan brendindən geyindikləri üçün lovğalanırlar. Nazarbayev soruşdu ki, ayaqqabını haradan almısan? Mən də “Belarusdan” dedim. Nazarbayev ayaqqabılarımın Belarusda istehsal olunduğuna əvvəlcə inanmadı. Bu səbəbdən ayaqqabılarımı çıxarıb istehsal markasını ona göstərməli oldum”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı