Modern.az

Tramp İrandan neft idxalını tam dayandırmaq istəyir

Tramp İrandan neft idxalını tam dayandırmaq istəyir

Dünya

28 Aprel 2019, 15:08

ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Baş naziri Sinzo Abe ilə görüşü olub.

Virtualaz.org Reuters-ə istinadən bildirir ki, tərəflər İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirləri müzakirə ediblər.

 

ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagerti agentliyə bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.

 

 

Xatırladaq ki, Yaponiyanın Baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ Evdə Prezident Donald Trampla təkbətək danışıqlar aparıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı