Modern.az

Türkiyədə qatar qəzası: iki yaralı

Türkiyədə qatar qəzası: iki yaralı

Dünya

22 Mart 2020, 10:13

Türkiyənin Elazığ bölgəsində sərnişin qatarının lokomotivinin yoldan çıxması nəticəsində iki nəfər yaralanıb. Hadisə dəmir yolunun dağ yamacından keçən hissəsində baş verib.

 

Modern.az xəbər verir ki, yaralananlardan biri maşinist, digəri qatar nəzarətçisidir.

 

Qatardakı sərnişinlər təxliyə olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılmasına başlanılıb. Əraziyə ağır texnika və qaldırıcı kranlar cəlb olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?