Modern.az

Cənubi Koreyada koronavirusdan 5 nəfər öldü

Cənubi Koreyada koronavirusdan 5 nəfər öldü

Dünya

26 Mart 2020, 10:41

Cənubi Koreyada daha 104 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 9241 nəfərə çatıb.

 

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 5 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 131 nəfərə çatıb. Bundan əlavə, ötən sutka ərzində 414 nəfər sağalıb, onların ümumi sayı 4144 nəfərə bərabərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?