Modern.az

Putin Zelenski ilə sonuncu dəfə nə vaxt danışıb? - Peskovdan açıqlama

Putin Zelenski ilə sonuncu dəfə nə vaxt danışıb? - Peskovdan açıqlama

Dünya

25 Yanvar 2023, 12:42

Rusiya prezidenti Vladimir Putin son bir neçə ildə ukraynalı həmkarı Volodimir Zelenski ilə əlaqə saxlamayıb.

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə bildirib.


Onun sözlərinə görə, 2019-cu ildən bəri Rusiya dövlət başçısının Ukrayna prezidenti ilə nə şəxsi, nə də telefon əlaqəsi olub:
 

“Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində görüşüblər. Orada Rusiya prezidenti Zelenskidən başqa, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel ilə də ikitərəfli görüşlər keçirib”, - deyə Peskov deyib.

Həmin sammitdən sonra Kremlin saytında qeyd edildiyi kimi, Putin Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında danışığa çağırıb. O vaxtdan bəri heç bir əlaqə barədə məlumat verilməyib.


2021-ci il oktyabrın sonunda Kreml Kiyevin hərəkətləri və Zelenski ilə ünsiyyətdəki çətinliklər səbəbindən iki ölkə başçılarının görüşünün xüsusi perspektivinin olmadığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?