Modern.az

Finlandiya bu həftə NATO üzvü ola bilər - Prezident açıqladı

Finlandiya bu həftə NATO üzvü ola bilər - Prezident açıqladı

Dünya

30 Mart 2023, 09:38

Finlandiya bu həftənin sonuna kimi NATO-ya üzv ola bilər.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Sauli Niinistö deyib.

 

Onun sözlərinə görə, ölkənin NATO-ya daxil olması ilə bağlı protokolu yalnız Türkiyə ratifikasiya etməlidir. Bu gün Türkiyə parlamentində bu məsələ ilə bağlı səsvermənin keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, bundan əvvəl protokolun ratifikasiyasının təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən imzalanıb. Sənəd Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar