Modern.az

Norveç Ukraynaya 12 qatar hədiyyə edəcək

Norveç Ukraynaya 12 qatar hədiyyə edəcək

Dünya

30 Mart 2023, 15:38

Norveç Ukraynaya 12 dizel qatarı vermək niyyətindədir.

 

Modern.az "Nettavisen"ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri İon-İvar Nyuqord bildirib.

 

Onun sözlərinə görə, ilk 4 qatar yaya qədər, qalan 8 qatar isə il ərzində göndəriləcək. Nazir əlavə edib ki, Ukraynada hərbi vəziyyət şəraitində nəqliyyat məsələsi çox vacibdir.

 

Xatırladaq ki, bundan əvvəl Norveç Ukraynaya 32 modul körpü bağışlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!