Modern.az

Orban imtina etdi - Kiyevə nazir müavinini yolladı

Orban imtina etdi - Kiyevə nazir müavinini yolladı

Dünya

3 Aprel 2023, 11:24

Macarıstan xarici işlər nazirinin müavini Levente Madyar Ukraynaya səfər edib.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, Kiyev vilayətində ötən il hərbi əməliyyatlar zamanı dağıdılmış uşaq bağçası və məktəb binasının Macarıstan hökumətinin vəsaiti ilə bərpa ediləcəyi əraziyə baş çəkib.

 

Xatırladaq ki, daha əvvəl Macarıstanın baş naziri Viktor Orban dil qanununa görə Ukraynaya gəlməkdən imtina etmişdi. Macarıstanın baş nazirinin dəftərxanasının rəhbəri bəyan etmişdi ki, Orban Kiyevə yalnız bir şərtlə gedəcək ki, bu, Zakarpatiyadakı macar azlığının hüquqları ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada