Modern.az

Stoltenberq Kuleba ilə əks-hücumu müzakirə etdi

Stoltenberq Kuleba ilə əks-hücumu müzakirə etdi

Dünya

4 Aprel 2023, 15:24

NATO baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, XİN başçısı bu barədə tviter səhifəsində yazıb.

 

"Görüş zamanı Stoltenberqlə Ukraynanın uğurlu əks-hücum əməliyyatları üçün ehtiyac duyduğu hər şeyə sahib olması naminə sursat istehsalını artırmağa yönələn addımlar barədə fikir mübadiləsi apardıq. Həmçinin Ukraynanın tamhüquqlu NATO üzvü olması ilə bağlı planlarımızı şərh etdim", - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?