Modern.az

Kılıçdaroğlu İmamoğlunu təriflədi: İstanbulda 10 yerdə metro açıb

Kılıçdaroğlu İmamoğlunu təriflədi: İstanbulda 10 yerdə metro açıb

Dünya

4 Aprel 2023, 16:08

Türkiyədə prezidentliyə namizəd Kemal Kılıçdaroğlu İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu ilə onun doğulduğu şəhərə - Trabzona gedib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasətçilər burada əhali qarşısında çıxış ediblər.

 

Çıxışı zamanı Kılıçdaroğlu İmamoğlu haqqında xoş sözlər deyib.

 

"10 trabzonlu Trabzonda bir yerdə metro açmayıb, amma bir trabzonlu İstanbulda 10 yerdə metro açıb", - deyə o bildirib.

 

Qeyd edək ki, Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə "Millət İttifaqı"na daxil olan digər 5 partiyanın sədri ilə yanaşı, İstanbul və Ankara bələdiyyələrinin sədrləri Ekrem İmamoğlu və Mansur Yavaş da vitse-prezident təyin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada