Modern.az

Avtobus piyadaları əzdi - 4 nəfər öldü 

Avtobus piyadaları əzdi - 4 nəfər öldü 

Dünya

8 Aprel 2023, 22:08

Qazaxıstanın Çimkənd şəhərində idarəsiz qalan avtobus piyadaları əzib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb.

 

Məlumata görə, sürücü avtobusu saxlayaraq nəqliyyat vasitəsini tərk edib. Bu zaman avtobus əks tərəfə keçib və piyadaların üzərinə çıxıb.

 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada