Modern.az

Paşinyanın partiyası Tovmasyana etimad göstərməyəcək

Paşinyanın partiyası Tovmasyana etimad göstərməyəcək

Dünya

25 Aprel 2023, 10:08

Ermənistanda hakim partiya müxalif deputata etimadsızlıq səsverməsi elan edəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu yaxınlarda “Mülki müqavilə” fraksiyası deputat Ovik Ağazaryanın insan hüquqlarının müdafiəsi komissiyasının rəhbəri Taquhi Tovmasyanı vəzifədən azad etmək təşəbbüsü ilə razılaşıb.

 

Bildirilib ki, onun iqtidardan olan parlamentarilər arasında belə addımlardan çəkindirməyə çalışan çoxlu tərəfdarları olsa da, əksəriyyət etimadsızlıq səsverməsi prosesinin başlanması ilə razılaşıb.

 

Qeyd olunub ki, tezliklə müvafiq layihə hazırlanacaq və Tovmasyan uzaqlaşdırılaraq müxalifətin başqa namizəd irəli sürməsi təklif ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada