Modern.az

BQXK 12 pasienti Qarabağdan Ermənistana apardı

BQXK 12 pasienti Qarabağdan Ermənistana apardı

Dünya

27 Aprel 2023, 13:28

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan təcili əməliyyata olunacaq 12 nəfəri müalicə üçün Ermənistana aparıb.

 

Modern.az "Sputnik Armenia"ya istinaədn xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

 

Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 6 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıdıb.

 

Qeyd olunub ki, ümumilikdə, Laçın yolundakı aksiya başlayandan bəri Qarabağdan Ermənistana 365 pasient aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...