Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hindistanda səfərdədir.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səfər ərəfəsində onun qızı Şoyqunun dini etiqadı barədə məlumat verib.
"Atam buddizmə hörmət edir", - deyə nazirin qızı bildirib.
O, Şoyqunun Tanrıya inandığını və "pravoslavlığa etiqad etdiyini" açıqlayıb. Nazirin ailəsindəki buddizm inancı isə onların vətəni Tuvanın mədəni kodu hesab olunur. Şoyqu milliyyətcə Tuvalıdır. Tuvalıların əksəriyyəti Buddizmə etiqad edirlər.
Səfər zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu və çinli həmkarı Li Şanfu ŞƏT-ə üzv ölkələrin MN başçılarının görüşü çərçivəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Protokola əsasən, ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirlərinin görüşünün keçirildiyi Yeni Dehlidə Rusiya Federasiyası və Çinin müdafiə nazirləri arasında ikitərəfli danışıqlar əvvəlcədən planlaşdırılmayıb.