Modern.az

Taxıl sazişi ilə bağlı görülməli işlər var - Peskov

Taxıl sazişi ilə bağlı görülməli işlər var - Peskov

Dünya

28 Aprel 2023, 14:26

"9 mayda Qələbə paradında xüsusi təyinatlı qırıcı bölmələr iştirak edəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Moldova rəhbərliyi sürətlə rusofobiyaya doğru sürüklənir. Rusiya Moldovanın qeyri-dost kursundan təəssüflənir. ABŞ səfirinin moratorium çağırışına gəlincə, bütün tərəflər hazırda nüvə silahı sınaqlarına moratorium tətbiq edir. Rusiya Federasiyasından taxıl və gübrələrin tədarükünə qoyulan məhdudiyyətlərin dünya bazarları üçün nəticələri mənfi olaraq qalır", - deyə o bildirib.

 

Peskov taxıl sövdələşməsinin vəziyyəti və perspektivlərini “görülməli olan işlər hələ də var” sözləri ilə şərh edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV