Modern.az

Zelenski Rusiya ilə müharibəni torta bənzətdi - Bir dəfəyə yemək olmur...

Zelenski Rusiya ilə müharibəni torta bənzətdi - Bir dəfəyə yemək olmur...

Dünya

30 Aprel 2023, 14:19

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya ilə müharibəni bir dəfəyə yeyilə bilməyən böyük tortla müqayisə edib.

 

Modern.az xəbər verir ki, o, belə bir müqayisəni ukraynalı jurnalist Dmitri Komarovla xüsusi layihə üçün müsahibəsində aparıb.

 

"Rusiya Federasiyası ilə müharibə torta bənzəyir. Siz bütöv tortu bir dəfəyə yeyə bilməyəcəksiniz - ağzınızı cıracaqsınız, həcm baxımından. Rusiyada həcminə görə böyük bir ölkədir", - Zelenski deyib.

 

"Ona görə də müharibə parçalara bölünməlidir. Və bunlar bir-birinin ardınca qələbələrdir. Bəzən paralel olur, lakin əksər hallarda ardıcıldır", - Ukrayna prezidenti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!