Modern.az

Ukraynada hərbi cinayət törədənlərin hamısı məhv ediləcək - BUDANOV

Ukraynada hərbi cinayət törədənlərin hamısı məhv ediləcək - BUDANOV

Dünya

30 Aprel 2023, 17:23

"Ukraynada hərbi cinayətlər törədən hər kəs dünyanın istənilən yerində tapılacaq və məhv ediləcək".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov deyib.

 

“Ukraynada müharibə cinayətləri və ya bəşəriyyətə qarşı cinayətlər törətmiş hər kəs, o cümlədən qrup şəklində zorlama və ya dinc əhaliyə və uşaqlara qarşı cinayət törətmiş hər kəs dünyanın istənilən yerində tapılıb məhv ediləcək”, - o qeyd edib.

 

Budanov əlavə edib ki, Ukraynanın bunun üçün kifayət qədər qüvvəsi və vasitələri var.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...