Modern.az

Qırğızıstan prezidenti də özbəkistanlı həmkarını TƏBRİK ETDİ

Qırğızıstan prezidenti də özbəkistanlı həmkarını TƏBRİK ETDİ

Dünya

1 May 2023, 14:38

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

 

Modern.az Özbəkistan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Konstitusiya referendumunun nəticələrinə görə Japarov həmkarını təbrik edib.

 

Özbəkistan-Qırğızıstan çoxşaxəli əməkdaşlıq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dinamik inkişafı dərin məmnunluqla qeyd olunub.

 

Həmçinin regional əməkdaşlıq məsələləri, o cümlədən bu il iyunun əvvəlində Qırğızıstanda keçiriləcək çoxtərəfli sammitin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?