Modern.az

Baş nazirin müavini ombudsmana qarşı çıxdı - Pasportları götürməyin

Baş nazirin müavini ombudsmana qarşı çıxdı - Pasportları götürməyin

Dünya

1 May 2023, 17:40

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk işğal olunmuş ərazilərin sakinlərini Rusiya pasportlarını götürməməyə çağırıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə teleqram kanalında paylaşım edib.

 

"Müvəqqəti olaraq işğal olunmuş ərazilərdəki ukraynalılara tövsiyələrim dəyişməz olaraq qalır: Rusiya pasportlarını götürməyin, işğalçılarla əməkdaşlıq etməyin, mümkünsə çıxıb gedin, Ukrayna Silahlı Qüvvələrini gözləyin", - Vereşçuk yazıb.

 

Baş nazirin müavini Rusiya vətəndaşlığından imtina etmiş ukraynalıların işğal olunmuş ərazilərdən deportasiyası ilə bağlı Rusiyanın təhdidləri, Ukrayna Ombudsmanı Lubinetsin həyat və təhlükəsizlik bundan asılı olduğu halda rasional sənəd götürməyə çağırması fonunda müvafiq tövsiyələrini verib.

Bu xəbər ilə bağlı
Sağ qalmaq üçün Rusiya pasportunu götürün - Ukrayna ombudsmanı
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV