Modern.az

Putin də Mirziyoyevi TƏBRİK ETDİ

Putin də Mirziyoyevi TƏBRİK ETDİ

Dünya

2 May 2023, 12:23

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

Bildirilib ki, Putin Mirziyoyevi referendumun nəticələri münasibətilə təbrik edib.

 

Qeyd edək ki, 30 apreldə referenduma çıxarılmış konstitusiyaya düzəlişlər prezidentlik müddətini 5 ildən 7 ilə qədər artırır və Mirziyoyevə 2026-cı ildə səlahiyyət müddəti başa çatdıqdan sonra bu posta daha iki dəfə namizədliyini irəli sürməyə imkan verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?