Modern.az

Paşinyan "Rosatom"un baş direktoru ilə görüşdü

Paşinyan "Rosatom"un baş direktoru ilə görüşdü

Dünya

2 May 2023, 16:57

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın "Rosatom" şirkətinin baş direktoru Aleksey Lixaçevlə görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər Ermənistandakı Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisini müzakirə ediblər.

 

Aleksey Lixaçev Ermənistanın baş naziri ilə söhbətində dövlət korporasiyasının qarşılıqlı faydalı tərəfdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.

 

Həmçinin nüvə təbabəti və təhlükəli tullantıların zərərsizləşdirilməsi sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?