Modern.az

NEXTA-nın qurucusuna hökm oxundu - 20 İL

NEXTA-nın qurucusuna hökm oxundu - 20 İL

Dünya

3 May 2023, 13:22

Belarusda NEXTA media orqanının təsisçisi Stepan Putiloya hökm oxunub.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, NEXTA alternativ mətbuat qurumu olaraq Belarusda 2020-ci ilin prezident seçkiləri ərəfəsində yaradılıb.

 

Prezidentliyə namizəd olmuş Svetlana Tixanovskayanın fəaliyyətinin işıqlandırılmasında və seçki nəticələrinin saxtalaşdırılması ilə bağlı etirazların təşkil olunmasında NEXTA mühüm rol oynayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!