Modern.az

Putin Japarovla görüşdü

Putin Japarovla görüşdü

Dünya

8 May 2023, 15:50

Moskvada Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin ilə Sadır Japarov arasında görüş keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətininin yaydığı məlumata görə, Putin-Japarov danışıqları keçirilib.

 

Görüşün protokol hissəsində prezidentlər çıxış ediblər. Daha sonra Rusiya-Qırğızıstan hökumətlərarası komissiyasının hər iki tərəfdən həmsədrlərinin məruzələri dinlənilib.

 

Qeyd edək ki, Qırğızıstan prezidenti bu gün Rusiyaya rəsmi səfər edib. İki gün davam edəcək səfər çərçivəsində Japarov mayın 9-da Qırmızı Meydanda keçiriləcək faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunan Qələbə Paradına da qatılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV