Modern.az

Borrel Çinin müdafiə naziri ilə görüşdü

Borrel Çinin müdafiə naziri ilə görüşdü

Dünya

4 İyun 2023, 09:25

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çinin müdafiə naziri Li Şanqfu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi bu barədə "Twitter" hesabında paylaşım edib.

 

"Çinin müdafiə naziri Li Şanqfu ilə Rusiyanın Ukraynaya qarşı müharibəsi, Tayvan və Cənubi Çin dənizi məsələləri də daxil olmaqla ümumi strateji narahatlıqlar barədə konstruktiv müzakirə apardıq. Beynəlxalq hüquqa etimad və hörmət əsasında Aİ-Çin münasibətlərinin inkişafının davam etməsini səbirsizliklə gözləyirik", - Borrel bildirib.

 

Qeyd edək ki, görüş Sinqapurda Şanqri-La Dialoqu konfransı çərçivəsində baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!