Modern.az

Hər gün 200 dəfə ölümlə təhdid olunuram - Vuçiç

Hər gün 200 dəfə ölümlə təhdid olunuram - Vuçiç

Dünya

4 İyun 2023, 19:05

Serbiya prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfə ölümlə hədələndiyini iddia edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

 

Vuçiç bildirib ki, ölüm hədələrindən ölkənin daxili işlər naziri Bratislav Qasiç də məlumatlıdır.

 

“Qaşiç bilir ki, hər gün təkcə mənə qarşı 200-dən çox birbaşa ölüm hədəsi gəlir”, - o qeyd edib.

 

Vuçiç əlavə edib ki, təhdidlərin çox olmasına baxmayaraq, bunlara dözmək onun bir prezident kimi borcudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!