Modern.az

Bayden Ukraynanın qələbəsindən seçkidə istifadə etmək istəyir 

Bayden Ukraynanın qələbəsindən seçkidə istifadə etmək istəyir 

Dünya

9 İyun 2023, 09:29

Kiyevə əlavə yardımın göstərilməsi və ABŞ-ın hazırkı prezidenti Co Baydenin reputasiyası Ukraynanın əks-hücumunun nəticəsindən asılıdır.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

 

Nəşr yazır ki, Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatını uğurla başa vura bilsə, Kiyevin Qərb müttəfiqləri hərbi və maliyyə yardımını artıracaqlar. Lakin Ukrayna “gözlənilənləri doğrultmasa”, Qərb ölkələrinin dəstəyi dayana bilər. 

 

Mənbələr qeyd edir ki, Ukrayna əks-hücum əməliyyatında uğursuz olarsa, Qərbdən tez bir zamanda diplomatik həll yolu tapmağa çağırış artacaq.

 

Ağ Evdəki mənbə bildirir ki, Ukraynanın uğurlu əks-hücumunu Co Baydenin xarici siyasətdə qələbəsi kimi təqdim etmək olar. Mənbənin fikrincə, prezident seçkilərində Bayden bu qələbədən kampaniyada istifadə edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV