Modern.az

Berluskoni ilə vida mərasimi - FOTOLAR 

Berluskoni ilə vida mərasimi - FOTOLAR 

Dünya

13 İyun 2023, 22:45

İyunun 13-də İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Milan şəhərinin yaxınlığındakı villada baş tutub.

 

Vida mərasimində siyasətçinin qohumları və dostları iştirak edib, insanlar villanın yaxınlığında toplaşıb və divarlara vida sözləri yazılan pankartlar asıblar.

 

Dövlət qurumlarının və diplomatik nümayəndəliklərin bayraqları yarıya endirilib. Dəfn günü ölkədə milli matəm elan olunacaq.

 

Qeyd edək ki, Berluskoni dünən 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV