Modern.az

Fransa Ermənistana zirehli texnikalar göndərir

Fransa Ermənistana zirehli texnikalar göndərir

Dünya

14 İyun 2023, 23:24

Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" nəşri Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuisa istinadən məlumat yayıb.

 

Zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır.

 

Məlumata görə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir.

 

Nəşr qeyd edir ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV