Modern.az

Ukrayna ordusu irəliləyir

Ukrayna ordusu irəliləyir

Dünya

15 İyun 2023, 10:30

Ukrayna silahlı qüvvələri iki istiqamətdə irəliləyir.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Andrey Kovalev bildirib.

 

Onun sözlərinə görə, hazırda Berdyansk və Baxmut istiqamətlərində Ukrayna qüvvələrinin əks-hücum əməliyyatı aparılır.

 

Berdyansk istiqamətində Makarivka kəndi yaxınlığında döyüşlər davam edir. Zaporojye regionunda yerləşən Novodanilivka və Novopokrovka kəndlərinin ərazilərində də döyüşlər davam edir.



"Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rozdolivka - Krasnopolivka və Berxivka - Yagidne istiqamətlərində hücum əməliyyatları keçirib və əməliyyatlar uğurlu alınıb. Ukrayna əsgərlərinin müdafiə olunduğu yerdə bircə dənə mövqe itirilməyib", - Andrey Kovalev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV