Modern.az

Rusiya ordusu Zaporojye AES-i minalayıb

Rusiya ordusu Zaporojye AES-i minalayıb

Dünya

20 İyun 2023, 17:56

“Rusiya Zaporojye Atom Elektik Stansiyasını (AES) minalayıb”.

 

Modern.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

 

O bildirib ki, xüsusilə AES-in soyuducusu minalanıb: “Əgər onu sıradan çıxarsalar, bu, ciddi problemlərlə nəticələnə bilər”.

 

Qeyd edək ki, Rusiya ordusu Zaporojye AES-i 2022-ci ilin yazında işğal edib. Obyekt Rusiyanın Rosatom şirkəti tərəfindən idarə olunur.

 

Xatırladaq ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl söyləmişdi ki, Rusiya Zaporojye AES-i vura bilər.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV