Modern.az

Portuqaliya Ukraynaya silah və texnika verəcək 

Portuqaliya Ukraynaya silah və texnika verəcək 

Dünya

20 İyun 2023, 22:33

İyunun 20-də Portuqaliya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Portuqaliya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, yeni hərbi yardım paketinə haubitsalar və M113 zirehli texnikası daxildir.

 

"Portuqaliya Ukraynanı dəstəkləməyə davam edir", - açıqlamada deyilir.

 

Qeyd olunur ki, Portuqaliya Ukraynaya 14 ədəd M113 zirehli texnikası və 105 mm-lik haubitsa dəsti verəcək.

 

Yeni hərbi yardım paketinə, həmçinin 180 ton döyüş sursatı və 5 qapalı tibbi yardım maşını daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV