Modern.az

Rusiya ilə nüvə müharibəsinə çox yaxınıq - Tramp

Rusiya ilə nüvə müharibəsinə çox yaxınıq - Tramp

Dünya

21 İyun 2023, 00:59

ABŞ Rusiya ilə nüvə müharibəsinə çox yaxındır və hazırda ən təhlükəli dövrünü yaşayır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

 

“Hazırda Amerika tarixinin ən təhlükəli dövrünü yaşayırıq. Biz Rusiya ilə nüvə müharibəsinə çox yaxınıq”, - deyə o bildirib.

 

Trampın fikrincə, ABŞ prezidenti postunda Barak Obama və ya Hillari Klinton olsaydı, Şimali Koreya ilə nüvə müharibəsi qaçılmaz olacaqdı.

 

Sabiq dövlət başçısı hesab edir ki, atom silahının tətbiqinə gətirib çıxaracaq III Dünya müharibəsinin qarşısını yalnız o ala bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV