Modern.az

Torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb 

Torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb 

Dünya

4 Avqust 2023, 00:23

Gürcüstanın Şovi vilayəti ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, axşam saatlarınadək iki nəfərin cəsədi torpaq altından çıxarılıb, 70-dən çox insan helikopterlər vasitəsilə təhlükəsiz əraziyə köçürülüb.

 

Məlumata görə, xilasetmə əməliyyatı bütün gecə davam edəcək.

 

Təbii fəlakət zonasında turistlər də daxil olmaqla 100-ə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...