Modern.az

Ukraynaya 2000-ə yaxın İran PUA-sı atılıb

Ukraynaya 2000-ə yaxın İran PUA-sı atılıb

Dünya

4 Avqust 2023, 00:40

Rusiya ordusu indiyədək Ukraynaya 1961 ədəd İran istehsalı "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

Zelenskinin sözlərinə görə, İran PUA-larının əhəmiyyətli hissəsi vurulub.

 

“Təəssüf ki, hamısı deyil. Çalışırıq ki, daha çox vuraq, mümkün qədər vuraq. Biz daha çox hava hücumundan müdafiə sistemlərinin əldə  edilməsi üçün çalışırıq”, - deyə prezident vurğulayıb.

 

Qeyd edək ki, Rusiya 2022-ci ilin payızında Ukraynaya qarşı İranın kamikadze dronlarından istifadə etməyə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu